Öcalanın xüsusi katibi, Karayılanın cangüdəni olan Jinda Özgür zərərsizləşdirildi
29-05-2017, 16:23
Öcalan: “Onun təlimatı mənim təlimatımdır”
Hurriyyet.org xəbər verir ki, Türkiyənin Bitlis vilayətindəki Tatvan çölündə öldürülən 11 terrorçudan biri olan “Jinda Özgür” kod adlı Nuran Ekinçinin kim olduğu ortaya çıxıb. Ekinçi terrorçu Öcalanın katibi, Karayılanın isə yaxın cangüdəni imiş. İllərlə iki təşkilat liderinin ən yaxın adamı olan Nuran Ekinçi qısa müddət bundan əvvəl çölə göndərilibmiş.
Təhlükəsizlik qüvvələrinin Bitlisin Tatvan rayonunun çölündə apardığı əməliyyat çərçivəsində zərərsizləşdirilən, 7-si qadın olan 11 terrorçudan birinin bundan əvvəl Öcalanın xüsusi katibi olduğu, uzun illər ərzində isə Qəndildə Murat Karayılanın yaxın cangüdəni olan “Jinda Özgür”ün Nuran Ekinçi adlı qadın terrorçu olduğu bildirildi.
PUO-lar tapıb, hərbçilər vurub
Ağır qış şəraitinin hələ də hökm sürdüyü Bitlisdə, PKK terror təşkilatına yönəlik əməliyyatları davam etdirən Jandarma Bölgə Komandirliyinə daxil olan xüsusi qruplar Tatvan rayonu çölündə Pilotsuz Uçuş Aparatları ilə kəşfiyyat apararaq, qış bazasında olan bir qrup terrorçunu aşkar edib. Ərazini dərhal mühasirəyə alan xüsusi qruplar terrorçuları təslim olmağa çağırıblar.
Terrorçular isə cavabında atəş açıblar. Bundan sonra baş verən atışma zamanı 7-si qadın olan 11 PKK terrorçusu Silahlı Hava Vasitələri ilə havadan aparılan əməliyyatla zərərsizləşdiriliblər.
Öcalan: “Təlimatları mənim təlimatlarımdır”
“Sabah” qəzetinin əməkdaşı Sırrıberk Aslanın xəbərinə görə, əməliyyatdan sonra “Jinda Özgür” kod adlı Nuran Ekinçi ilə bağlı maraqlı bir detal ortaya çıxıb.
Hələ 17 yaşında məktəbli ikən üç yoldaşı ilə birlikdə Suriyaya gedən Ekinçini o illərdə həmin ölkədə olan terrorçubaşı Abdullah Öcalanın öz yanında işə götürdüyü və kod adını da şəxsən özü verdiyi bildirilir. Öcalan bir müddət sonra bu qızı təşkilat üzvlərinə təqdim edərək demişdi: “Mənim xüsusi katibimdir. Onun təlimatı mənim təlimatımdır”.
Karayılanın cangüdəni
Terrorçu Öcalanın 1998-ci ildə Suriyadan gedən Nuran Ekinçini Qəndildəki terror təşkilatına göndərərək, Murat Karayılana əmanət elədiyi bəlli olub. Karayılanın yanından ayırmadığı və özünə yaxın cangüdən etdiyi, 2016-cı ildə isə Bitlis-Tatvan qrupunda məsul şəxs olaraq bölgəyə göndərildiyi bildirilir.
İllərlə iki təşkilat liderinin ən yaxınında olan, qısa müddət bundan əvvəl çölə göndərilən Nuran Ekinçi də yüzlərlə terrorçu kimi, dağlarda can verib.