Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var

18-08-2017, 08:50           
Türkiyədə PKK terrorçuları ilə atışma olub: ölən var
Türkiyədə PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmada 1 əsgər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "İhkas" xəbər agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisə Hatayda baş verib. Belə ki, PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında atışma olub. Silahlı insident zamanı 1 əsgər yaralanıb. O, İskəndərun Dövlət Xəstəxanasına yerləşdirilib. Lakin həkimlər yaralının həyatını xilas edə bilməyib.
Bölgədə terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru