40 min illik qarışqa fosilindən hazırlanan təsbeh SATIŞA ÇIXARILDI

18-08-2017, 09:32           

Türkiyənin Ankara şəhərində yaşayan Yaşar Koçer adlı təsbeh ustası Osmalı dövründən qalan təsbehi satışa çıxarıb.
Publika.az xəbər verir ki, bu nadir təsbehi dəyərli edən səbəb daşlarının içindəki qarışqa fosilləridir.
Koçer təsbehdə istifadə olunan daşların 40 min il öncə şam ağacında meydana gələn ağac qətranından hazırlanmış kəhrəba olduğunu deyib. Kəhrəbaların içində qalan qarışqa fosilləri isə təsbehə daha da dəyər qatır.
Usta 200-ə yaxın yaşı olan təsbehi 7000 dollara satışa çıxarıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru