İzmir şəhər sakini öz evinin qarşısında qeyri-adi hasar tikib. Dəniz suyu ilə doldurulmuş akvariumun uzunluğu 50 metrdir.
Akvariumun içərisində yüzlərlə müxtəlif balıq və osminok üzür. Akvarium-hasarın suyu birbaşa fasiləsiz olaraq dənizdən dövr edir. Bənzərsiz hasar artıq şəhərin görməli yerlərindən biri sayılır. moderator.az