Dünyanı titrədən TÜRK MARŞI – KLİP (VİDEO)

7-09-2017, 07:39           
Dünyanı titrədən TÜRK MARŞI – KLİP (VİDEO)
Türkiyənin tanınmış və sevilən sənətçisi Uğur İşılakın türk dünyasının hər yerində sevilən “Dombıra” əsərinə çəkilən yeni klipi rekord qırır.

Kult.az xəbər verir ki, klip cəmi 11 gündür yayımlanmasına baxmayaraq, Yutub sosial şəbəkəsində baxış sayı 6,5 milyonu ötüb. Türk dünyasının hər yerində böyük maraqla qarşılanan klip bizin kanallarımızda da tez-tez yayımlanır.

Qeyd edək ki, klipdə türk millətinin tarixi, mədəniyyəti və ən başlıcası, ruhu öz əksini tapır.

Uğur İşılak buna qədər də türk tarixi və mədəniyyətini əks etdirən əsərlər və albomlar hazırlayıb. Bunların arasında Mehmet Akif Ərsoyun, Sultan Səlim, Sultan Süleyman və Sultan Fatehin şeirlərinə bəstlənmiş əsərləri, Nəcib Fazıl Qısakürək albomunu və s. göstərmək olar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru