Almaniyadan sığınacaq istəyən türk diplomatların sayında rekord artım

3-04-2018, 00:04           

Almaniyadan sığınacaq istəyən türk diplomatların sayında rekord qeydə alınıb. AzEuroNews.com xəbər verir ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra Almaniyaya qaçan diplomatlar və ailələrinin çoxunun sığınacaq istəyi qəbul edilib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) yaydığı məlumatda deyilir ki, bu ilin mart ayının sonuna olan statistikaya əsasən 771 Türkiyə vətədanşı olan diplomat Almaniyadan sığınacaq istəyib.

Onlardan 288-nin diplomatik pasportu olub. Yerdə qalanları yaşıl pasportla qeydiyyatdan keçiblər.

BAMF-ın məlumatına görə, 2018-ci ilin ilk iki ayında Almaniyadan 1400-dən çox Türkiyə vətəndaş sığınacaq istəyib. Qeyd edək ki, sığınacaqla bağlı 2017-ci ildə müraciət edən Türkiyə vətəndaşlarının sayı 8500, 2016-cı ildə isə təxminən 5700 olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.