CHP çalxalanır: Kılıçdaroğlunun ətrafındakı həlqə daralır –Sədrin köməkçi də "üsyançı"ların tərəfinə keçdi

19-07-2018, 08:24           
CHP çalxalanır: Kılıçdaroğlunun ətrafındakı həlqə daralır –Sədrin köməkçi də "üsyançı"ların tərəfinə keçdi
Türkiyədə keçirilən prezident və parlament seçkilərində gözlənilən uğuru qazana bilməyən ana müxalifət partiyası CHP-də çalxalanma böyüyür.

Strateq.az xəbər verir ki, partiyanın prezidentliyə namizədi olmuş Müharrem İncə və tərəfdarlarının növbədənkənar qurultay tələbi ilə başlatdıqları imzatoplama kampaniyası CHP-də ciddi çatlar yaradıb.

Belə ki, bu gün CHP sədri Kamal Kılıçdaroğlunun iqtisadi məsələlər üzrə köməkçisi Kerim Oktay da İncə tərəfdarları ilə eyni cərgəyə keçdiyini bəyan edərək, bu gün partiyadan istefa verib.

O, bildirib ki, Türkiyə sürətlə dəyişdiyi kimi, CHP də dəyişməyə məcburdur: “Bu gün Türkiyənin rejimi dəyişib. Cümhuriyyəti qorumaq, demokratiyanı gücləndirmək üçün CHP dəyişməli, yenidən xalqımıza ümid verməli və iqtidar yürüşünə başlamalıdır. Bu inancla demokratiya mübarizəmizə yeni bir güç qazandırmaq üçün önəmli bir fürsət olan qurultayımızın növbədənkənar toplanması məqsədi ilə imza verdim”.


Qeyd edək ki, qurultay tərəfdarları Kamal Kılıçdaroğlunun istefasını tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru