Ərdoğan: “Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”

14-08-2018, 14:58           
Ərdoğan: “Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”
Türkiyə Amerika istehsalı olan elektron məhsulları boykot edəcək.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada çıxışı zamanı deyib:

“Daha çox istehsal , daha çox ixrac edəcəyik. Onlarda iPhone varsa, digər tərəfdə “Samsung” , “Vestel”, “Venus” da mövcuddur. Biz özümüzə bəsik”.

Ərdoğan qeyd edib ki, Amerika iqtisadi cəhətdən yalnız Türkiyəyə deyil, Çin, Rusiya, İran və Avropaya da hücum edir:

“Hətta bu hücumlar Kanadaya da yönəlib. Ancaq bizə qarşı bir əməliyyat başlayıb. Biz Amerika elektronikasını boykot edəcəyik”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru