Türkiyənin Adıyaman bölgəsində mərmər yatağını yandıraraq qaçan PKK terrorçuları ilə təhlükəsizlik orqanları arasında atışma baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, silahlı qarşıdurma zamanı 4 əsgər şəhid olub, 3-ü yaralanıb.
Əməliyyatların davam etdirildiyi bölgəyə əlavə qüvvələr və tibb briqadaları cəlb olunub. Həmçinin Adana Jandarma Qüvvələri komandanlığı bölgəyə havadan dəstək göndərib.