Türkiyə ABŞ-ın qanunsuz sanksiyalarına qarşı cavab tədbirləri görəcək - Prezidentin sözçüsü

23-08-2018, 10:40           
Türkiyə ABŞ-ın qanunsuz sanksiyalarına qarşı cavab tədbirləri görəcək - Prezidentin sözçüsü
Türkiyə ABŞ-ın tətbiq etdiyi qanunsuz sanksiyalara qarşı cavab tədbirləri görəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.

O bildirib ki, Türkiyənin bir sıra ölkələr tərəfindən dəstəklənməsi Ankaranın tək olmadığını bir daha sübut edir:

"Türkiyə dünya arenasında öz iqtisadi maraqlarını müdafiə edəcək".

İ.Kalının sözlərinə görə, Türkiyə güclü dövlətdir və iqtisadi sanksiyalar və milli valyutanın pozulmasına qarşı digər cəhdlər uğursuzluğa düçar oldu.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru