Turistləri aparan avtobus qəzaya düşdü - 25 yaralı

24-08-2018, 10:36           
Turistləri aparan avtobus qəzaya düşdü - 25 yaralı
Türkiyənin Muğla əyalətində turistləri aparan sərnişin avtobusu qəzaya düşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında yaşanıb. Muğlanın Seydikemer- Qaş avtomobil yolu üzərində hərəkət edən avtobus Antalyanın Qaş bölgəsi istiqamətində gedən zaman avtobusun təkərlərində yaranan nasazlıq qəzaya səbəb olub.

İlkin ehtimallara görə, avtobus yüksək sürətlə hərəkətdə olan zaman təkərləri partlayıb. İdarəetməni itirən sürücü isə avtobusu yol kənardakı beton divara çırpıb.

Qəzada avtobusda olan 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə şahidləri tərəfindən yaralılara kömək olunub, təcili tibbi yardım briqadası çağırılıb. Qəzada ölənlərin olmadığı bildirlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru