Həbs edilən icra başçısını o əvəzlədi

23-12-2019, 17:11           
Həbs edilən icra başçısını o əvəzlədi
Həbs edilən Ağstafa rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevi əvəzləmək üçün Prezidentinin Administrasiyasından səlahiyyətli şəxs təyin edilib.
Teref.az Unikal.org-a istinadən xəbər verir ki, hazırda Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçi Nəsir Muxtarlı Ağstafa İcra başçısı vəzifəsini əvəzləyir.

N.Muxtarlı artıq icra hakimiyyətinin məsul şəxsləri, nümayəndəliklər və bələdiyyələrlə görüş keçirib, tapşırıq və tövsiyyələrini də verib.

Qeyd edək ki, Nəsir Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini və bundan sonra Prezident Administrasiyasının (PA) baş məsləhətçi vəzifəsinə təyinat alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.