Qutusu 3.5 manata olan tibbi maska 27 manata qalxdı: Azərbaycanda depoları kim boşaldıb?

25-02-2020, 00:05           
Qutusu 3.5 manata olan tibbi maska 27 manata qalxdı: Azərbaycanda depoları kim boşaldıb?
Hazırda Bakı apteklərinin hər birində sıxlıq müşahidə edilir. Müraciət edənlər tibbi maska axtarır. 2 gün bundan əvvəl qiyməti qalxsa da ağ tibbi maska 20 qəpiyə, qara maska 30 qəpiyə hər alıcıya 3-5 ədəd satılsa da hazırda heç bir aptekdə tapılmır.

Sağlamlıq və gözəllik salonlarının lazer epilyasiya həkimlərini maska ilə təmin edən şirkən bu gün qutusu 3.50 manata olan maskanı 25-27 manata gətirəcəklərini deyiblər.

Qeyd edək ki, bir çox prosedurlarda da kosmetoloqlar maska taxmalıdır və bu onların işi üçün vacib vasitədir.

Maraqlıdır ki, bu firmalar hazırda əllərində qutu ilə maska olduğunu bildirir, lakin əvvəlki qiymətə sata bilməyəcəklərini etiraf edirlər.

Müraciət etdiyimiz apteklərdə depoda belə maska qalmadığını bildirərək, nə vaxt gələcəyi barədə məlumatsız olduqlarını bildirdilər. (medicina.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.