Rusiyalı ekspert: Neftdən varlanmış ölkələr böyük təhlükə qarşısındadır – Təhlil
12-01-2016, 13:36
Neft bazarındakı durum getdikcə daha az proqnoza gəlir.
Lakin müşahidəçilər gələcəyin versiyasını quraşdırmağa davam edirlər. “Bilayn”-ın baş direktoru, keçmişdə isə ТНК-BP-nin qaz və enerji təchizatı üzrə icraçı vitse-prezidenti Mixail Slobodin neft bazarındakı hadisələri analiz edib. O öz bloqunda barrelin ucuzlaşmasının səbəblərini geniş izah edib.
Slobodin həmçinin əvvəllər neftin qiymətinin qısamüddətli perspektivdə (yarmilədək) 40 dollara düşəcəyi haqda proqnoz vermiş və üçillik dövrdə 50 dollarlıq baza qiymətinə hazırlaşmağa çağırmışdı. Bu cür proqnoz hətta müəllifin özünə də “bir qədər bədbin” görünmüşdü, lakin fakt üzrə təəccüblü şəkildə düz çıxdı. Ekspert bu günlərdə ardını yazıb. Əsas tezislər bunlardır:
Səudiyyə Ərəbistanı. Ölkə hələ yarım il öncə neftin qiymətini əvvəlki kimi sabit saxlamaq siyasətindən imtina edib. Səudiyyə Ərəbistanı bazarda izafi təklifin fonunda 2015-ci ildə “dünyada yalnız onun edə biləcəyi kimi” hasilatı kəskin şəkildə 7% artırdı. Ölkə azğıncasına dempinq edir, yeni istehlakçılar axtarır, rəqiblərinin yoluna çıxır – məsələn, Rusiyanın ənənəvi “malikanə”si Avropada. Bu, artıq böyük həcmdə Rusiya neftinin qiymətdən düşməsinə səbəb oldu. Hər şeyə baxanda, səudlar seçdikləri yoldan – aqressiv qiymət savaşı və bazarın yenidən bölünməsindən dönmək niyyətində deyillər: “Sonuncu ölən ümiddir, o isə ölüb”.
OPEK. Neft qiymətinin indiki çöküçünü neft istehsalçısı ölkələrin kürəsəl karteli dayandıra bilərdi. Lakin qurumun nüfuzu aradan qalxır. O, bazar üzərində nəzarəti itirir, çünki başlıca iştirakçısına – Səudiyyə Ərəbistanına təsir edə bilmir.
Rusiya. Böyük neft ixracatçıcı da karteldən kənarda keçən il ixracatı qızığın şəkildə artırdı – 2014-cü illə müqayisədə 10,6%. Bu, bazara daha çox basqı göstərir.
Çin. Onlar üçün neftin ən yaxşı qiyməti illərində ümid bəsləyirdilər ki, Çin (onunla birgə isə dünya) iqtisadiyyatının yüksəlişi davam edəcək. Səmalar ölkəsi dövlətin səyləri nəticəsində uzun müddət önləyici templərlə inkişaf etdi. İqtisadiyyat yuxarıdan və əllə idarə edilirdi, rəsmi statistika bunun doğurduğu disbalansları isə ciddi-cəhdlə nizama salırdı. Hazırda problemlər üzə çıxmağa başlayır. Çin hökuməti yuanı dəyərsizləşdirməyə və dövlət ehtiyatlarından milyardlarla dollar itirməyə məcbur oldu ki, “dərin struktur sarsıntıları və böhrana” imkan verilməsin.
Dünya neft istehsalı. Sənaye keçən il 1,5 trilyon dollardan məhrum oldu və itkisi davam edir. Neftçilər yalnız barrelin hətta 30 dollar civarında dəyəri halındakı rentabelliyi saxlayan yataqları saxlamaqla yatırım planlarını yenidən nəzərdən keçirirlər. Rusiyada hazırda qüvvədə olan vergi rejimində layihələrin əksəriyyəti bu cür qiymətlə öz xərcini çıxartmır. Nəticə etibarilə bazarın özünə gələcəyi 2017-2020-ci illərədək onların az hissəsi yaşaya biləcək. Ümid var ki, Çindəki durum nəzərə alınmaqla qiymətlər zəif qalsa da, iki ildən sonra 50-60 dollar səviyyəsinədək qismən bərpa baş verəcək. Axı istisna deyil ki, “Çinin problemləri daha ciddi çıxar və hətta hazırda mövcud olan bədbin gözləntilər əsil və pis yönəldilən iqtisadi tıxaca yuvarlana bilər”.
Qiymətlər və siyasət. OPEK üzvləri, birinci növbədə Səudiyyə Ərəbistanı və İran hasilatın azaldılması üzrə gerçək və əlaqələndirilmiş addımlar atmasa, 2016-cı ildə təkrar istehsal və aşağı tələbat neft qiymətlərini 25-45 dollar civarında saxlayacaq. Bu cür addımlar qiymətləri 35-55 dollar səviyyəsindək qaldıra bilərdi. Lakin buna xüsusi güvənmək lazım deyil: birinci ssenari daha ağlabatandır.
Bu arada neft hasil edən ölkələrin iqtisadiyyatında böhranın kəskinləşdikcə siyasət dəyişilməyə başlayır. Hər şeyi olduğu kimi saxlamaq çətin ki baş tutsun. “İdeal fırtınanın ilk qurbanı” Venesuela oldu. Səudiyyə Ərəbistanında gərgnlik artır. Ölkə rəhbərliyini güzəştləri və ölkənin firavan həyata alışmış köklü əhalisinin imtiyazlarını təftiş etmək gözləyir.
Neftin cari qiymətlərinin səviyyəsi - əgər saxlanacaqsa – sərvəti karbohidrogenlərin satışı əsasında qurulmuş dövlətlərin hökumətləri üçün şəxsi risk daşıyır.
Yevgeni Karasyuk
Slon Magazine (Rusiya), 11.01.2016