3 Avropa ölkəsi İrana qarşı sanksiyaları təxirə sala bilər

Bu gün, 15:34           
3 Avropa ölkəsi İrana qarşı sanksiyaları təxirə sala bilər
"Avroüçlük" ölkələri - Böyük Britaniya, Almaniya və Fransa İrana bildiriblər ki, İslam Respublikası ABŞ ilə birbaşa danışıqlara razılıq verərsə, BMT Təhlükəsizlik Şurasının İrana qarşı "Snapback" mexanizminin bərpasını təxirə salmağa hazırdırlar.
"Mehr nyus" xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib.
"Avropalıların "snapback" üzrə moratoriumun uzadılması ilə bağlı İran və ABŞ arasında birbaşa danışıqlara dair şərti çox qəribədir. Bu gün üç Avropa ölkəsinin qeyri-qanuni hesab etdiyimiz şərti var. Onlar bizdən özü sazişdən çıxmış bir ölkə ilə danışıqlar aparmağımızı istəyirlər", - o deyib.
Mohacerani İranın öz maraqları əsasında ABŞ ilə danışıqları davam etdirmək barədə qərar verəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru