Əsrin sonunadək dünya əhalisinin sayı belə dəyişəcək

17-07-2020, 09:36           
Əsrin sonunadək dünya əhalisinin sayı belə dəyişəcək
Belə ki, 2017-ci ildə əhalisi 600 milyon olan bu ərazilərin 2100-cü ildə əhalisi 978 milyon olacaq.Belə ki, 2017-ci ildə əhalisi 600 milyon olan bu ərazilərin 2100-cü ildə əhalisi 978 milyon olacaq.

Ekspertlər 2100-cü il üçün dünyada əhalinin sayını proqnozlaşdırıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalara görə, bu sayın azalacağı gözlənilir.

Elmi iş əsnasında 195 ölkə nəzərdən keçirilib.

Proqnozlara görə, əsrin sonunda onlardan 183-də doğum əmsalı o qədər azalacaq ki, əhalinin sayı miqrantlar hesabına formalaşacaq.

Dünya əhalisinin sayının PİK həddi 2064-cü ildə olacaq. Bu zaman bu say 9,6 milyard olacaq. Daha sonra isə azalma başlayacaq, XXI əsrin sonunda dünyada 8,8 milyard insan olacaq.

İyirmi üç ölkənin, o cümlədən Yaponiya, İtaliya, İspaniya, Şimali Koreya, Portuqaliya və Taylandın əhalisi 50 faizdən çox azalacaq.

Alimlər dünya əhalisnin yaş həddində də əhəmiyyəli dəyişikliyin olacağını təxmin edib.

Onların fikrincə, 2100-cü ildə planetdə yaşı 65-dən çox olan 2,37 milyard insan, yaşı 20-dən az olan 1,7 milyard insan olacaq.

Qeyd edilib ki, önümüzdəki onilliklərdə Hindistan və Çində əmək qabiliyyətli vətəndaşların sayı kəskin azalacaq, bu da iqtisadi tənəzzülə səbəb olacaq.

Orta doğum nisbəti (bir qadına düşən uşaqların sayı) durmadan azalacaq.

Qeyd edək ki, bu rəqəm 2017-ci ildə 2.37 idisə, 2100-cü ildə 1.66-a çatacaq. Əhalinin təbii çoxalması isə ən azı 2.1 olmalıdır.

Əhalinin kəskin artımının müşahidə edildiyi Afrika və Sahara bölgəsində doğum səviyyəsinin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Belə ki, bu ərazilərdə doğum nisbəti 4,6-dan 1,7-yə düşəcək. Buna baxmayaraq, əsrin sonuna qədər tibbin inkişafı və reproduktiv yaşda qadınların sayının çox olması sayəsində bu ölkələrin əhalisi 3 dəfə artacaq.

2100-ci ilə qədər əhalisinin artması müşahidə olunacaq ərazilər Şimali Afrika və Yaxın Şərqdir. Belə ki, 2017-ci ildə əhalisi 600 milyon olan bu ərazilərin 2100-cü ildə əhalisi 978 milyon olacaq.

Elmi əsərin müəllifləri yaxın onilliklərdə bir çox ölkələr gənclərin və əmək qabiliyyətli əhalinin sayının azalacağı və təqaüdçülərin sayının artması problemi ilə üzləşəcəklər. Belə bir vəziyyət iqtisadiyyata da təsir edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.