Ermənistan BQ-nin köhnə-yeni rəisi Paşinyanın nəyinə lazımdır?
13-03-2021, 10:46
Ermənistanda bəzi fəaliyyətdə olan və təqaüddə olan generallar Nikol Paşinyanın Artak Davtyanı Baş Qərargah rəisi vəzifəsinə qaytarmaq təklifini ciddi şəkildə birmənalı qəbul etməyiblər. Bu təyinatın arxasında nə var? Ermənistan səlahiyyətliləri Baş Qərargah rəisi vəzifəsindən azad edilmiş Onik Qasparyan üçün uzun müddət əvəzedcici axtarmağa məcbur olmadılar. Hər şey düşünülmüşdü. Və beləliklə, Baş Qərargah rəhbərliyi yenidən Artak Davtyana həvalə edilir.
Paşinyan artıq müvafiq vəsatəti ikinci dəfə prezidentə göndərib. Davtyan 2018-2020-ci illərdə artıq bu vəzifədə işləyib. Ötən ilin iyununda o, koronavirus məhdudiyyətləri dövründə oğlunun toyu ilə bağlı skandaldan sonra istefa verdi. Onun əvəzinə Onik Qasparyan təyin edildi. Bir müddət sonra Davtyan Ermənistan Hərbi Sənaye Komitəsinin sədri təyin edildi və 2020-ci ilin noyabrına qədər işlədi.
Məhz bu vəzifədə olan vaxt, müharibənin qızğın anında, 2020-ci ilin oktyabrında Davtyan müdafiəni təşkil etmək üçün Zəngəzura ezam edildi. O vaxt Ordumuz artıq demək olar Sünikə yaxınlaşmışdı. Noyabrın əvvəlində o, İrəvana qayıtdı və bir neçə gün sonra Hərbi Sənaye Komitəsinin sədri vəzifəsindən azad edildi.
İndi Davtyanın təyinatı keçmiş və fəaliyyətdə olan hərbçilər arasında kifayət qədər narazılıqla qəbul edilib.
Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Hakobyan bu kadr qərarını “erməni ordusunun tabutuna vurulan sonuncu mismar” adlandırıb, 3-cü ordu korpusunun komandiri Qriqori Xaçaturov isə üç ildən bir qədər az müddət ərzində 4 Baş Qərargah rəisi dəyişdirmiş “qeyri-adekvat və məsuliyyətsiz” Baş nazirin istefasını tələb edib.
Hərbi mənbələr Davtyanı tamamilə ortabab qoşun komandiri kimi xarakterizə ediblər. “İnsan kimi bəlkə də pis deyil, amma hərbçi kimi adi kadrdır”, “Heç kim Davtyan və həmin Movses Hakobyan qədər orduya ziyan vurmayıb”. Müxtəlif məlumatlı insanlarla özəl söhbətlər zamanı bu cür qiymətləndirmələr səslənirdi.
Həmsöhbətlərin Hakobyan və Davtyanı, iki əzəli rəqibi eyni sırada təsnifləşdirməsi maraqlıdır. 2020-ci ilin noyabrında baş tutmuş mətbuat konfransı zamanı Davtyanı 2018-ci ilin aprel-mayında Naxçıvan istiqamətində mövqelər itirməyə görə məhz Hakobyan ittiham edirdi. Gələcək Baş Qərargah rəisi o dövrdə Naxçıvanla sərhəddə yerləşən korpusun komandiri idi.
Hakobyanın sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri o vaxt bir sıra sektorlarda 6 km irəli hərəkət edib və sərhəd Arpa kəndi müşahidə altına düşüb. Məgər mövqelərin itirilməsinə görə günahkar Davtyandır? Demək çətindir, amma aydındır ki, bu sektorda erməni qoşunlarının geri çəkilməsi generala bir neçə gün sonra Baş Qərargah rəisi olmağa mane olmayıb.
İndi Davtyanın yenidən təyin edilməsi sırf siyasi qərardır. Onik Qasparyan və ona sadiq olan generalların təşkil etdiyi “üsyan” şəraitində Paşinyana güzəştə gedən, asan idarə olunan insan lazımdır, Davtyan isə şübhəsiz ki, bu cür insanlardan biridir. O, ambisiyalar nümayiş etdirməyib. Qasparyan kimi yüksək keyfiyyətli kadrın yanında Davtyan obrazı azalır.
Davtyanın Baş Qərargah rəisi vəzifəsinə qayıtmasının Ermənistanın fəaliyyətdə olan hakimiyyətin yanlış kadr siyasətinin növbəti sübutu olduğunu desək, çətin ki, yanılmış olaq.
Bununla belə, Baş Qərargahın köhnə-yeni rəisi bir “alibi”yə sahibdir: o, Qarabağ müharibəsinin aktiv mərhələsində iştirak etməyib və fəlakətə gətirib çıxarmış səhvlərin, yanlışlıqların məsuliyyəti onun üzərinə düşmür. Paşinyan eksantrik qərarlar qəbul etməyə tamamilə qadir olduğunu dəfələrlə sübut edib. Və Davtyanın “qayıdış”ı, göründüyü kimi, məhz bu sıradandır.ordu.az