Bakı-Dubay reysində faciə-

Bu gün, 09:08           
Bakı-Dubay reysində faciə-
Heydər Əliyev Hava Limanında sərnişin təyyarəyə minərkən halı pisləşib.

Bakı-Dubay reysi ilə uçuşa hazırlaşan sərnişin Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarəyə minən zaman halı pisləşib. Hadisə saat 08:45 radələrində, uçuşa 15 dəqiqə qalmış baş verib.

Məlumata görə, sərnişin pilləkənlə qalxarkən qəfildən yıxılıb. Hadisə yerinə dərhal tibbi yardım briqadası cəlb olunub. Ona ürək massajı edilib və ilkin tibbi müdaxilə göstərilib. Daha sonra sərnişin xəstəxanaya aparılıb.

Sərnişinin sonrakı vəziyyəti barədə məlumat yoxdur.

Qeyd edək ki, uçuş təxminən 15 dəqiqə gecikmə ilə davam etdirilib.Patrulaz.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru