Hərbi jurnalistlər üçün gülləkeçirməz jilet HAZIRLANDI
Bu gün, 09:14
"Rostec" şirkəti hərbi jurnalistlər üçün “Obereg” adlı xüsusi gülləkeçirməz jilet hazırlayıb. Bu barədə şirkət telegarm kanalında məlumat yayıb.
Qeyd olunub ki, bu jiletlər qaynar münaqişə zonalarında müxbirlik edən jurnalistlər üçün nəzərdə tutulub. Jiletin ön və arxa tərəfində "PRESS" yazısı var. Bu jilet sahibini tapança gülləsi, soyuq silah zərbəsi və qəlpələrdən qoruyur.
Bundan əlavə, "Rostec" gülləkeçirməz jiletlərin rəng çeşidini də genişləndirib. İndi onlar qara, mavi və açıq qəhvəyi rənglərində mövcuddur.
Qeyd edilib ki, əvvəllər hüquq-mühafizə orqanlarının əməkdaşları, mühafizəçilər, iş adamları, ekspeditorlar, hərbi həkimlər üçün də belə jiletlər hazırlanıb.