Qarabağdan məktub: hava azaddır, torpaq isə hələ də əzab çəkir
11-06-2021, 07:48
DND, Pakistan
Müəllif: Şaziya Anver Çima
Təssəvvür edin ki, 30 il ərzində öz doğma şəhərinizdə, evinizdə dustaq kimi yaşayır, nəhayət, azadlığa çıxırsınız. İlk reaksiyanəz nə olacaq? Yəqin ki, azadlıq havası udmaq...
Hava azaddır, torpaq isə hələ də əzab çəkir. Torpağa sanki üzərində baş vermiş qətllər, uzun illər işğal altında qalması əzab verir. Bu gün bu, real vəziyyətdir. Bəli, bu gün Qarabağın sakinləri bu vəziyyətlə qarşı-qarşıyadırlar. Onların iztirablarına çətinliklə əldə etdikləri azadlıq da son qoya bilməz. Bu əzabı onlara torpaq ötürür...
Doğrudur, bu vəziyyətə başqa insanlar da həssaslıqla yanaşa bilər. Amma bu torpağa məxsus insanlar qədər deyil. Qarabağlılar azad hava ilə nəfəs almaq, azad torpağı öpmək, keçmişə aid xoş günləri xatırlamaq, həyatını itirmiş yaxınlarının məzarlarını ziyarət etmək istəyir. Amma bütün bunlar hələ də mümkün deyil. Bu gün onların torpağı hələ də ağrıdan sızlayır. Torpaq böyük itkilərin əzabını çəkir. Bu itkiləri qəbul etmək mümkün deyil. Bu gün bütün Qarabağ ölüm zonasıdır. Bu bölgəyə zərər çəkmədən gedib-qayıtmaq möcüzədir.
İnsanlıq tarixdən dərs götürməyib. İnsanların qonşularına qarşı qeyri-insani, barbar hərəkətlərinin həddi-hüdudu yoxdur: Roma dövründə insanların çarmıxa çəkilməsindən, insan başlarından təpələrin düzəldilməsinə qədər. Bu mənada, bu gün də heç nə dəyişməyib. Çünki nifrət bütün sosial və mənəvi qaydalara kölgə salır...
Ermənilər Qarabağda xəstəxanaları, məktəbləri, hətta məscidləri belə, yerlə-yeksan edib. Onlar bunu hakimiyyət uğrunda, eyni zamanda nifrət nəticəsində ediblər. Görünən odur ki, ermənilər bununla da kifayətlənməyib. Onlar Qarabağdan çaqqal kimi qaçaraq xilas olan zaman belə, bölgəni cəhənəmmə çeviriblər. Burada minanın basdırılmadığı yer yoxdur. Küçələr, bağlar, tarlalar, hətta qəbiristanlıqlar belə, ölüm saçır. Sanki hər yanda ölüm sakitcə insan gözləyir. Onlar sanki burada ölümü proqramlaşdırıblar. Ermənistan Qarabağda sözün əsl mənasında daşı daş üstündə qoymayıb. Amma 21-əsrdə çoxsaylı insan haqları təşkilatı, digər müvafiq qurumlar regionun minalardan təmizlənməsi üçün heç nə etmir.
Doğrudur, əsgərlər insanlığın düşməni deyillər. Onların heç kimlə şəxsi ədavəti yoxdur. Odur ki, qalibiyyəti də, məğlubiyyəti də şərəflə qəbul etmək gərəkdir. Əsgərlər hər bir halda öz şərəflərini qorumalıdırlar. Döyüş meydanından qaçan ordunun məğlubiyyətə düçar olduğu torpaqlarda minlərlə mina basdırması nadir hadisədir. Demək, ermənilər öz hərbi şərəflərini bu torpaqlarda qoyub gediblər. Quldurların apardığı mübarizə ilə əsgərlərin hərbi əməliyyatlar arasında bir fərq var: əsgərlər beynəlxalq humanitar konvesiyaya əməl edir, başkəsənlər isə yox.
Qarabağ artıq azaddır. Amma bölgənin keçmiş sakinləri buraya qayıda bilmir. Burada mina labirinti o qədər böyükdür ki, mina xərtiləri olmadan onları onu təmizləmək çox çətindir. Söhbət Ermənistan tərəfinin əlində olan xəritələrdən gedir. Doğrudur, Azərbaycan xalqının qətiyyəti Himalay dağından belə, böyükdür. Onlar yenidən Qarabağı həyat üçün yararlı bölgəyə çevirmək istəyir və bu əzmə malikdirlər. Azərbaycanlılar şübhə etmirlər ki, Qarabağın bərpası və yenidən qurulması üçün onlar var gücləri ilə çalışmalıdırlar. Ermənistan isə buranı ölüm zonasına çevirmək üçün əlindən gələni edib.
Azərbaycanda siyasətçilər, hərbçilər və hökumət Qarabağın bərpası, “sağalması” üçün eyni mövqeni bölüşür. Əgər yerli əhali heç olmasa öz doğma evlərinə qayıda bilsəydi, işğal dövründəki böyük itkiləri kompensasiya etmək olardı. Bəlkə də, Qarabağdakı dağıntıları, ermənilərin həyata keçirdiyi barbarlıqları və oğurluqları belə, “həzm etmək” olar. Əgər azərbaycanlılar heç olmasa şəhərlərinin, bazarlarının, parklarının, küçələrinin xarabalıqlarını görə bilsəydilər, bu, onları gücləndirər, ağrılarını yüngülləşdirərdi...
Azərbaycanlıların öz torpaqlarına necə bağlı olduqlarını təsəvvür edə bilməzsiniz. Onlar heç vaxt təslim olmurlar. Belə olan təqdirdə bu insanlar öz xarabalıqlarından imtina edərmi? Onlar öz şəhərlərini, evlərini, küçələrini, məktəblərini yenidən tikəcəklər. Azərbaycanlılar sevgi, xoşbəxtlik, yoldaşlıq və torpaqla bağlı arzularını xarabalıqlar üzərində quracaqlar. Doğrudur, bu gün azərbaycanlıların əlində Ermənistanın Qarabağda minalar qoymaq üçün istifadə etdiyi ölüm xəritəsi yoxdur. Odur ki, onlar səbirli olmalıdırlar. Azərbaycanlıların düşməni beynəlxalq hərbi qanunlara riayət etməyən əxlaqsız başkəsənlərdir. Eybi yox! Azərbaycan göstərdiyi iradə sayəsində mükafatını qazanacaq. Mina xəritəsinin təhvil verilib-verilməməsindən asılı olmayaraq, Qarabağ torpağı yenidən “güləcək”.
Bu hisslərimi bölüşmək istəyirdim. Narahatlğımı bölüşmək, hirsimi tökmək istəyirdim...
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyevlə danışdım. O, mənə Dağlıq Qarabağ regionu üzündən meydana gəlmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən bəhs etdi. Münaqişə Sovet İttifaqı dağılan dövrdə baş qaldırıb. 1988-1991-ci illərdə Sovet Ermənistanında və Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın ərazi bütövlüyünə qarşı böyük aksiyalar keçirilurmiş. “O illərdə 300 mindən çox azərbaycanlı etnik təmizləməyə məruz qalaraq Ermənistandan deportasiya edilib. Bu ərazilərdə minlərlə il yaşamış xalqımız doğma torpaqlarından qəddarlıqla didərgin salınıb. Üstəlik, ermənilər Qarabağda və Azərbaycanın digər ərazilərində terror aktlarının həyata keçirilməsi məqsədilə çox sayda silahlı birləşmələr yaratmışdı. Sonradan onlar qadınlar və uşaqlar daxil olmaqla, çox sayda günahsız insanı qətlə yetirdilər”, - deyə Umud Mirzəyev bildirir.
Onun sözlərinə görə, son 30 ildə Ermənistan işğalçıları Qarabağ regionunu dağıdıb, hər tərəfi minalayıb: “Qarabağ bölgəsində hər düym ərazinin minalandığını söyləyə bilərəm. Nəticədə azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri ciddi maneəllərlə üzləşir. Ötən ilin noyabrından bəri mina partlayışı nəticəsində 120 mülki şəxs həyatını itirib və ya yaralanıb. Ermənistan hökuməti ötən il noyabrın 10-da imzaladığı kaputilasiya sazişindən sonra Azərbaycana ilk öncə mina xəritələrini təhvil verməli idi. Lakin bundan imtina edir və vaxtı qəsdən uzadır. Bunu insanlığa qarşı beynəlxalq cinayət kimi xarakterizə etmək lazımdır”.
Bir məsələni unutmaq olmaz: Ermənistan Qarabağı 30 il işğal altında saxladığı dövrdə orada misli görünməmiş barbarlıq aktları həyata keçirib. Ermənilər şəhərləri, kəndləri, tarixi abidələri, dini məkanları və qəbirstanlıqları yerlə-yeksan edib. Bu, insanlığa qarşı cinayətdir. Bu dağıntıları görmək üçün bölgəyə səfər edən hər kəs Qarabağın necə böyük faciə ilə üzləşdiyini başa düşür.
Bu yaxınlarda isə Kəlbəcər rayonunda mina partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov həyatlarını itiriblər. Onlar minaya peşə vəzifəsini yerinə yetirən zaman düşüblər. Bu şəxslər Qarabağdakı faktları lentə alırlarmış. İndi onsuz da əzab çəkən Vətən torpağının üzərinə onların qanı da tökülüb. İndi Vətən bundan sonra şəhid qanının axmaması üçün ağlayır. Ana Vətən deyir: “Mən ağrıyıram və daha bacarmıram! Məhərrəm İbrahimov ilə Sirac Abışov sonuncu şəhidlər olmalıdırlar! Mənim şəhid oğullarımın yükü çox ağır oldu!”.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)