Qani hökumətinin əfqan eks-məmurları dəbdəbə içərisində yaşayırlar – Həyat baş tutub...

16-06-2022, 08:21           
Qani hökumətinin əfqan eks-məmurları dəbdəbə içərisində yaşayırlar – Həyat baş tutub...
2021-ci ilin avqustunda, ABŞ başda olmaqla, Qərb koalisiyası ordusunun çıxarılmasından sonra xaricə qaçmış Əfqanıstanın keçmiş hökumətinin məmurları dəbdəbə içərisində yaşayırlar. Və eyni zamanda, onların yerlilərinin böyük hissəsi aclıq çəkir və ya aclıq astanasında gün keçirər.

Bu barədə «The Wall Street Journal» nəşri yazır.

Keçmiş məmurların bir hissəsi, o cümlədən qanunvericilər, Birləşmiş Ərəb Əmirliklərinin və Türkiyənin elit qəsəbələrində yaşayırlar. Keçmiş Prezident Əşrəf Qani əvvəlcə Əbu-Dəbidəki «Si Regis» otelində yerləşib, onun arvadı isə daimi yaşayış yeri kimi özəl villanı seçib. Villa Əmirliklər tərəfindən təqdim olunub (WSJ).

BƏƏ nümayəndəsi qəzetə xəbər verib ki, Qani və onun ailəsi humanitar mülahizələrdən dolayı, digər əfqanlarla birlikdə qəbul olunub. Onların bir çoxu, kimlər ki qaçıblar, bəyan edirlər, xaricə ona görə qaçıblar ki, «Taliban»ın qisasından qorxublar. Amma qalmış az sayda olanları, o cümlədən keçmiş Prezident Həmid Karzay və keçmiş Baş icraçı direktor Abdulla Abdulla sakit yaşayırlar.

“WSJ” bəzi keçmiş əfqan məmurlarının Amerikadakı həyatından danışır və bu zaman açıq məlumatlara istinad edir. Emiqrantlar arasında - Həmdulla Moxib, devrilmiş Prezidentin silahdaşı və milli təhlükəsizlik üzrə müşavir olub, Əfqanıstandan Əşrəf Qani ilə birlikdə qaçıb. Nəşrin təsdiqlədiyi kimi, Moxib artıq çoxdan ABŞ-la sıx əlaqələr saxlayır.

Onun arvadı - amerikalıdır, özü isə vəzifədə olduğu bütün müddər ərzində Böyük Britaniya vətəndaşı olaraq qalıb. Moxib müsahibəsində deyib ki, ötən ilin avqustunda təhlükəsizliyindən və hamilə arvadının sağlamlığından narahat olub, ona görə öz ailəsini Əbu-Dəbidki Shangri-La otelinə aparıb - hələ Kabilin taliblər tərəfindən tutulmasından əvvəl. Sonradan ailə Floridada olan 4 yataq otağından ibarət evə köçüb. Ev Moxibin qaynanasının adına yazılıb, o özü isə bəyan edir ki, dünyanın heç bir yerində mülkü yoxdur.

Eklil Həkimi, keçmiş maliyyə naziri və Prezident Qaninin müttəfiqi, Kaliforniyada 10-dan az olmayan daşınmaz obyekt alıb. Həkiminin və onun arvadının daşınmaz əmdakına 5 yataq otağından və baseyndən ibarət dəbdəbəli Laquna Nigel qəsəbəsindəki ev də daxildir.

“Zillow” daşınmaz əmlak agentliyinin məlumatına görə, o, 2,5 milyon dollar qiymətindədir. Ümumilikdə, Həkiminin ABŞ-da 10 obyekti var və onların qiyməti 10 milyon dollardır. Onun bu ilin əvvəlində əldə ediyi son obyekt Kaliforniya sahillərində qiyməti 1,1 milyon dollar təşkil edən yeni kompleksdəki mənzildir.

Əfqanıstanın sonuncu maliyyə naziri Xalid Payenda Vaşinqtonun yaxınlığında, Kolumbiya dairəsində iki daşınmaz əmlak obyektinə sahibdir, onlardan biri nağd qiymətə alınıb. Agentlik göstərir ki, bu obyektlərin qiyməti 1 milyon dollardan yuxarıdır.

Əfqanıstanın keçmiş vitse-prezidenti Əbdül Rəşid Dustum hazırda Türkiyədədir. Yerli jurnalist «Tvitter»də foto dərc edib. Oradan görünür ki, Dustum Or-An qəsəbəsindəki (Ankara) öz iqamətgahında qonaqları necə qəbul edir. Dustumun evi almasını müəyyən etmək mümkün olmayıb, onun nümayəndəsi isə danışmaqdan imtina edib.

Qaninin iqtisadiyyat naziri Mustafa Mastur Dubayda yaxta klub yaxınlığındakı yaşayış kompleksində mənzilə sahibdir. Dubayda həm də keçmiş imkanlı Bəlx qubernatoru Atta Mohəmməd Nur yerləşib. O, özünə məxsus olan mənzilə köçüb, mənzil Dubayın bahalı rayonunda (The Palm) yerləşir.

Belə-belə işlər… Qəb «demokratiyası» ilə şərq «cəhaləti» Əfqanıstanda illərlə «mübarizə» apardı, nəticə nə oldu? Əfqan xalqı dilənçi gününə düşüb, bir ovuc keçmiş məmur xaricdə kef çəkir, hakimiyyəti ələ keçirmiş taliblər isə orta əsrlərin şəriət qanunlarından dəm vurub, sadə kütlənin «saqqızını oğurlayırlar».












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.