“WhatsApp”da çoxdan gözlənilən yenilik

1-07-2023, 11:39           
“WhatsApp”da çoxdan gözlənilən yenilik
“WhatsApp” istifadəçilərin uzun müddətdir gözlədiyi “QR kod” ilə cihazlar arasında mesaj köçürmə xüsusiyyətini istifadəyə verib.

Trend-in məlumatına görə, bu yolla artıq mesajları buludlara, daha sonra yeni cihaza yükləməyə ehtiyac qalmıyacaq. Xüsusiyyət eyni əməliyyat sistemlərində istifadə edilə bilər.

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

1. “WhatsApp” tətbiqini söhbətləri köçürəcəyiniz ikinci telefona quraşdırın.

2. Eyni telefon nömrəsi ilə qeydiyyatdan keçin.

3. Köhnə telefonunuzda "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

4. Növbəti ekranda "Söhbət" xanasını seçin.

5. İndi "Söhbətləri köçürmə" xanasını seçin.

6. Başlat düyməsini sıxın.

7. Daha sonra köhnə telefonunuzda yaradılmış “QR kod”unu yeni telefonunuzdan skan edin.

8. Təlimatlara əməl edin və köçürmənin tamamlanmasını gözləyin.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru