Ofisdə işləyənlər üçün melanoma riski daha yüksəkdir.
Publika.az xəbər verir ki, bu barədə onkoloq, tibb elmləri namizədi Utyashev xəbərdarlıq edib.
"Melanoma "ağ yaxalıq" xəstəliyi kimi də tanınır. Bunlar ömrünün çox hissəsini ofisdə keçirən, adətən qapalı olan və ildə cəmi bir neçə həftə isti ölkələrə gedərək günəş altında ekstremal davranışlarla məşğul olan insanlardır"- həkim deyib və əlavə edib ki, kəskin günəş yanıqları melanoma inkişaf riskini artırır.
Yeni törəmə ehtimalını artırmamaq üçün, xüsusilə tropik iqlimi olan ölkələrdə səhər 10-dan axşam 5-ə qədər açıq günəşə çıxmamaq vacibdir. Mütəxəssis qeyd edib ki, biz ekvatora nə qədər yaxın oluruqsa, ultrabənövşəyi şüalanmanın intensivliyi də bir o qədər yüksəlir.
Bundan əlavə, Utyashev hava tətbiqlərində ultrabənövşəyi indeksi yoxlamağı məsləhət görüb. Onun sözlərinə görə, əgər onun səviyyəsi beşdən yüksək deyilsə, günəşdə uzun müddət qala bilərsiniz, 6-dan 7-ə qədər olan göstəricilərlə daha diqqətli olmaq lazımdır. Güneş təhlükəli olur.