Türkiyədə ukraynalıların qətlində iştirakıyla fəxr edən rus kişinin(?) başına nə gəldi?..-VİDEO
3-07-2023, 10:37

Türkiyədəki kurortların birində Rusiya vətəndaşı ukraynalıların qətli ilə öyünərək çimərlikdə qalmaqal yaradıb. Mühafizəçilərə şikayət edildikdən sonra o, oteldən çıxarılıb.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə jurnalist Konstantin Andriyuk öz telegram-kanalında məlumat yayıb.
O, açıqlamasında "Türkiyədən şad xəbər var. Rusiyalı terrorçu bu gün oteldən çıxarılaraq polisə göndərilib",-deyə bildirib.
Qalmaqal çimərlikdə başlayıb. Burada arsız bir rus kişi(?) Ukraynadan tətilə gəlmiş bir qızın qoyub getdiyi çimərlik çarpayısının üzərindəki əşyaları ora-bura səpələyib və özü onun yerində uzanmağa çalışıb. Xanımın iradına cavab olaraq o, ukraynalı qızın burada dincəlməsindən, “Xəncər" raketlərinin zərbələri altında ölməməsindən hiddətlənərək işğalçı xislətini göstərib...
"Sizin kimi nə qədər adam öldürdüm, bilirsənmi?", – deyə smartfonunda müharibədən kadrları göstərən rus əlavə edib.
Qız ukraynalıların qətlində iştirakını etiraf edən bu rusun həyasız davranışının videosunu yayımlayıb. Lakin "İnstaqram" administrasiyası bu paylaşımı qaydaların pozulması kimi tanıyıb və onun səhifəsini bloklayıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyədə aqressiv rus qadın istiqrahət zamanı ukraynalı qadına hücum etmişdi. İşğalçı ölkənin vətəndaşı ukraynalı xanıma söyüş söyüb, ona tərəf tüpürüb və dava salmağa cəhd edib...
(Aşağıda iki video-görüntüyə baxa bilərsiz)