Sanksiyaya məruz qalan 5 Rusiya bankı “Google Play” mağazasından yoxa çıxdı

3-08-2023, 11:04           
Sanksiyaya məruz qalan 5 Rusiya bankı “Google Play” mağazasından yoxa çıxdı
İyulda ABŞ sanksiyalarına məruz qalan bütün Rusiya banklarının mobil proqramları “Google Play” proqramlar mağazasından yoxa çıxıb.

Tribunainfo.az xəbər verir ki, iyulun 20-də ABŞ beş banka – “Tinkoff”, “Loko-Bank”, “Solidarity”, “Unistream” və Sankt-Peterburq Sosial Kommersiya Bankına (PSKB) qarşı bloklayıcı sanksiyalar tətbiq edib.

Bir gün əvvəl “Tinkoff” mobil proqramı artıq mağazada olmayıb. Bank “hər hansı tədbirə” hazır olduqlarını bildirib. Bu ilin fevral ayında kredit təşkilatı Avropa İttifaqının , may ayında isə Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

“Loko-Bank” göstərilən tarixdən sonra dollarla əməliyyatları dayandırdığını elan edib və məhdudiyyətlərin onun Rusiya daxilində işinə təsir etməyəcəyinə əminliyini bildirib.

Göstərilən banklarla birlikdə Rusiyadan olan 16 fiziki şəxs, o cümlədən Rusiya FSB rəhbərinin müavini Sergey Korolyov, Yandex-in korporativ inkişaf müşaviri Aleksey Kudrin, Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi rəhbərinin birinci müavini İlya Torosov və nazirliyin rəis müavini Aleksey Xersontsev də məhdudiyyətlərə məruz qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.