NASA-nın Aya göndərdiyi aparat ilk selfisini göndərdi: Problem aşkarlandı - FOTO

10-01-2024, 17:14           
NASA-nın Aya göndərdiyi aparat ilk selfisini göndərdi: Problem aşkarlandı - FOTO
“Astrobotic” şirkəti tərəfindən NASA missiyaları, o cümlədən kommersiya yükləri üçün hazırlanan “Peregrine” Aya eniş aparatı ilk fotoşəkilini göndərib. Bununla da gəminin hərəkət sistemində texniki problemlər olduğu təsdiqlənib.

Bu barədə “Astrobotic” şirkətindən xəbər verilib.

“Kosmosda olan “Peregrine”dən ilk şəkli aldıq. Foto üçün istifadə edilən kamera üst platformaya quraşdırılıb və ön planda çoxqatlı izolyasiyanı göstərir. Şəkildə bu izolyasiyanın zədələnməsi aydın əks olunub”, - deyə məlumatda bildirilib.

Şirkət vurğulayıb ki, bu hal texniki problemlərin olması ehtimalını təsdiqləyib.
Xatırladaq ki, yanvarın səkkizində ABŞ-nin “United Launch Alliance” (ULA) şirkəti Floridadakı Kanaveral burnundakı kosmodromundan “Peregrine” eniş aparatı da daxil olmaqla yükləri Aya çatdırmalı olan “Vulcan” raketini buraxıb. Məlumata görə, modul raketdən ayrıldıqdan bir neçə saat sonra Günəşə istiqamətlənmə ilə sabit mövqe tutmasına mane olan nasazlıqla qarşılaşıb. Bundan sonra nasazlıq səbəbindən kosmik gəminin Aya yumşaq eniş etmək qabiliyyətinin risk altında ola biləcəyi vurğulanıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru