Bakıda TIXACLARDAN YALNIZ bu yolla qurtulmaq OLAR...
10-04-2025, 08:24

Şəhərin səs-küyünün əsas tərkib hissəsi olan tıxacın həlli yolları Ölkənin sosial-siyasi məsələləri bir yana, gündəlik həyatımızın əvəzolunmazı olan tıxac problemi isə bir yana. Əlbəttə, vəziyyətdən hər kəs narazıdır. Kimisi ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsini bu məsələni qismən həll edə biləcəyini, kimisi isə şəxsi nəqliyyat vasitələrinin doğru istifadəsi ilə birdəfəlik həll olunacağını düşünür. Çox gümanki, bu problemin də həlli yolları mövcuddur. Həmin yolları öyrənmək
Avtomobil tıxaclarının mümkün qədər azalması istiqamətində biz nə etməliyik? Hansı qərarları qəbul olunmalıdır?
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Referans-a açıqlamasında bildirib ki, məsələnin həll yollarından birincisi yeni geniş yollar çəkilməsidir. Ekspert deyib ki, əvvəlcə tıxacın aradan qaldırılması üçün əlavə yolların çəkilməsinə ehtiyac var. Bundan başqa ölkədəki avtomobil sayı ilə ölkəyə gətirilən avtomobillərin sayına uyğun yeni yollar salınmalıdır. Bu məsələdə qanunauyğunluq olmalıdır. Bunlar baş verərsə, çətinlik də aradan qalxa bilər. Həmçinin yeni yolötürücüləri, yol qurğularının, mühəndis avadanlıqlarının - texnoloji innovasiyanın tətbiq edilməsi də əsas amillərdir. Sadaladığım faktorlar olmadığı halda müsbət nəticə mümkün deyil. Əksinə, tıxacların daha da sərt hal alması baş verəcək. Ona görə də biz bu və digər formada məsələnin həllinə çalışmalıyıq.
Ekspert onu da bildirib ki, yeni nəqliyyat vasitələrinin xüsusən gətirilən zaman onlar arasında bir kateqoriya olaraq daha qənaətcil rejimdə çalışan və müəyyən üstünlükdə olan nəqliyyat vasitələri prioritet olmalıdır.
Eldəniz Cəfərov həm də Bakı şəhərinin kiçilmiş küçələrinin bir digər həll yolunun isə irimiqyaslı tədbirlərin şəhərdən kənarda keçirilməsinin faydalı olacağını bildirib. Ekspertin mülahizəsinə görə, təssüf ki, vaxtı ilə geniş küçələri, yolları olan Bakı şəhərimizin bu gün küçələri kiçilib və yolları da daralıb. Bu da tikinti özbaşınalığının nəticəsidir. Biz burada avtomobil yollarının, piyada səkilərinin zəbt olunub onların yerində obyektlərin tikilməsini qeyd edə bilərik. Şəhərsalmada olan nöqsanlar ona gətirib çıxarıb ki, bu gün yaşayış və qeyri-yaşayış obyektlərində biz parklanma görmürük. Yəni, bu proses indi də davam edir. Əfsus ki, biz yeni tikilən obyektlərin ziyarətçilərinin sayına görə parklanma yerlərinin təşkil olunmadığını müşahidə edirik. Belə olan hallarda əlbəttə ki, tıxac da olacaq, sıxlıq da olacaq.
"Bakı kimi çoxmilyonlu və həm paytaxt, həm sənaye şəhərinin küçələri geniş olmalıdır. Düşünürəm ki, biz Bakını Krakov, Lyubov kimi şəhərlərlə deyil, Moskva, Nyu-York, Vaşinqton kimi şəhərlərlə müqayisə etsək daha yaxşı olar. Bu üslubda şəhərimizi genişləndirsək, bu zaman sıxlıq da olmaz. Bakı şəhərinin mərkəzində keçirilən tədbirlər şəhər kənarına çıxarılsa daha yaxşı olar, həmçinim. Tədbirlərin keçirilməsi zamanı bilirsiniz ki, sıxlıq da yaranır, yollar da bağlanır. Şəhər kənarında bu tədbirlərin keçirilməsi üçün hər bir şərait var. Çalışmaq lazımdır ki, irimiqyaslı tədbirlər şəhər kənarında həyata keçirilsin.” deyə ekspert qeyd edib.
Gülgəz Qədirova
Referans