Timsah, yoxsa balıq? - FOTOLAR

11-06-2015, 11:05           

Bu durnabalıqlarını görənlərin əksəriyyəti ilk baxışdan onların timsah olduğunu zənn edib qaçırlar. Əslində düz edirlər. Çünki zirehli durnabalıqları insana xətər yetirə biləcək gücdə olan yırtıcı balıqlardır.

Trend xəbər verir ki, alliqator durnabalığı (atractosteus spathula) və ya Missisipi durbalığı zirehlikimilər dəstəsinə məxsus olub, ABŞ-da Missisipi çayının aşağı axarında yaşayır.
Allqiqator durnabalığı planetimizdə ən böyük balıqlardan hesab edilir. Onların ölçüləri 3 m-ə, çəkiləri isə 130 kq-a çatır.
Missisipi zirehlisi iynə kimi dişləri olan kifayət qədər yırtıcı balıqdır. Bu balıqlar şirin su hövzələrindən başqa, duzlu su hövzələrində də yaşaya bilirlər. Alliqator durnabalıqlarına hətta bataqlıqlarda rast gəlmək olur. Onlar su tutumu 1000 litrdən az olmayan akvariumlarda yaşaya bilirlər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru