Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi - FOTO

Bu gün, 17:59           
Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva bu gün Çinin Tiencin şəhərində Hayha çayında gəmi gəzintisində iştirak ediblər.

“Qafqazinfo”nun məlumatına görə, gəzinti çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla birgə şəkil çəkdirib.

Fotoların birində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da yer alıb.

Məlumata görə, Mehriban Əliyeva ilə Anna Akopyan ilk dəfə məhz ötən gün Çində bir araya gəliblər.

Qeyd edək ki, gəmi gəzintisinə Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları da qatılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru