ABŞ-ın “Dəniz pişikləri”nin 6-cı dəstəsi: səfirliklərdə yerləşdirilən "Qara eskadron" və gizli qətllər...
11-06-2015, 22:48
"Altıncı dəstə"yə aid hər şey sirr pərdəsinə bürünüb
Onlar məxfi bazalarda missiyalar planlaşdırır, Əfqanıstanda döyüşlər aparır, gecə reydlərində məxsusi olaraq dəyişdirilmiş karabinlər və ibtidai tomoqavklardan istifadə edirlər. Onlar ticarət gəmisi cildində casus gəmiləri idarə edir, özlərini firmaların mülki əməkdaşları kimi qələmə verir, səfirliklərdə qeyri-leqallar kimi fəaliyyət göstərir, “kişi-qadın” cütlüyü kimi ABŞ-ın qətlə yetirmək və yaxud əsir götürmək istədiyi şəxsləri izləyirlər...
Hərbi Dəniz Qüvvələrinin “Dəniz pişikləri”nin 6-cı dəstəsi ABŞ ordusunun ən mifikləşdirilmiş və gizli, fəaliyyəti yoxlamaya ən az məruz qalan bölmələrindən biridir. Bu, haçansa dar ixtisaslı, lakin nadir tapşırıqlar üçün işləyən azsaylı qrup idi. On ildən çox döyüş fəaliyyəti və Üsamə bin Ladeni məhvetmə əməliyyatı bu bölməni insanları ovlamaq üçün kürəsəl maşına çevirib. “Dəniz pişikləri”nin bu rolu Amerikanın müharibə aparmaqda yeni üsulunu əks etdirir: hərbi münaqişə döyüş meydanındakı məğlubiyyət və qələbələrlə deyil, ehtimal edilən döyüşçülərin mütləq məhvi ilə aparılır.
ABŞ-ın özəl əməliyyatlar qüvvəsinin məxfiləşdirilmiş bölməsi olan “Dəniz pişikləri”nin 6-cı dəstəsinə aid nə varsa, sirr pərdəsinə bürünüb. Hətta Pentaqon belə, açıq şəkildə boynuna almır ki, bu dəstə, həqiqətən, belə adlanır. Dəstənin bəzi şücaətləri son illərdə bir sıra məqalələrin sayəsində mümkün olub. Lakin 6-cı dəstənin təkamülünü onun indiki və keçmiş hərbçilərinin və digər hərbçilərin onlarla müsahibəsi, həmçinin hökumət sənədləri ilə tanışlıq əsasında öyrənəndən sonra daha mürəkkəb və fitnəkar mənzərə alınır.
6-cı dəstə Əfqanıstan və İraqda “son nəfəsə qədər” savaşı aparıb. Başqa ölkələrdə hərbçilərlə casuslar arasındakı ənənəvi hüdudları silən missiyalar həyata keçirib. Dəstənin snayper bölməsi məxfi kəşfiyyat əməliyyatlarına keçirilib. “Dəniz pişikləri” düşməni ovlayanda böyük sərbəstlik təmin edən “Omeqa proqramı” təşəbbüsünün gedişatında MKİ-nin əməliyyatçılarına qoşulub. Ordu komandanlığı bildirir ki, 6-cı dəstə yaraqlılar şəbəkəsini zəiflədən minlərlə təhlükəli reydlər keçirib. Lakin hədsiz qətllər və dinc sakinlərin həlakı müqabilində onun fəaliyyəti təkrar-təkrar əndişə doğurur.
Deməli, əfqan kəndlilər və Britaniya komandiri “Dəniz pişikləri”ni hansısa kənddə araşdırmadan bir kişini qətlə yetirməkdə ittiham edirlər. Hətta gərgin əməliyyat nəticəsində girovluqdan azad edilmiş amerikalı soruşur ki, “Dəniz pişikləri” onun dustaq yoldaşlarını niyə öldürdülər? Hər necə olsa da, 6-cı dəstə və ordudakı analoqu “Delta” cəsarətlə hərəkət edir və ABŞ prezidnetləri onları uzaq “qaynar nötələr”ə - Suriya, İraq, Əfqanıstan, Somali və Yəmənə göndərirlər.
ABŞ özəl əməliyyatlar komandanlığı 6-cı dəstə haqqında konkret şərh verməkdən imtina etdi, lakin bildirdi ki, 2001-ci il sentyabrın 11-dən sonra bu qüvvələr on minlərlə missiyalarda iştirak edib və ən yüksək kriteriyalara sadiq qalıb.
2002-ci ilin martında Əfqanıstanda qatmaqarışıq döyüş vaxtı birinci dərəcəli starşina Neyl Roberts helikopterdən “Əl-Qaidə”nin nəzarət etdiyi əraziyə yıxıldı. Amerika hərbçiləri özlərini çatdırana qədər düşmən döyüşçülər Robertsi öldürüb bədənini eybəcər hala salmışdılar.
Robertsin bu cür həlakı “Dəniz pişikləri”ni büzüşməyə məcbur etdi. Amerikanın yeni müharibəsi eybəcər yaxın döyüşə çevrildi. Hərbçilər bəzən ifrat dərəcədə xoşagəlməz vəzifəni yerinə yetirirlər: DNT analizi üçün indicə öldürdükləri döyüşçülərin barmağını və yaxud baş dərisindən kiçik bir hissəni kəsib götürürlər.
2002-ci ilin mart kampaniyasından sonra bin-Ladeinin döyüşçülərinin əksəriyyəti Əfqanıstandan Pakistana qaçdı. Bu zaman 6-cı dəstəyə Pakistan ərazisində talibləri izləməyi və yaxud “Əl-Qaidə” terrorçularını təqib etməyi qadağan etdilər. ABŞ ehtiyat edirdi ki, Pakistan hökumətini özünə qarşı qaldıra bilər.
Lakin bu məhdudiyyətlər MKİ-yə aid deyildi. Keçmiş hərbçilər və kəşfiyyatçıların sözlərinə görə, nəticədə 6-cı dəstənin üzvləri MKİ ilə əməkdaşlığa və döyüşlərin aparılmasında daha geniş səlahiyyətlər çərçivəsində fəaliyyətə başladı.
2006-cı ildə özəl əməliyyatların birləşmiş Komandanlığının rəisi Stenli E. Makkristal “Dəniz pişikləri”nə və digər bölmələrə “Taliban”ın Əfqanlstanda təzyiqini dəf etməyi əmr etdi. Nəticədə, 6-cı dəstə daha təhlükəli, lakin getdikcə qabiliyyətsiz döyüşlərdə tətbiq edilməyə başlandı.
6-cı dəstənin adını demək istəməyən keçmiş üzvü bildirir: “Uşaqlar 2010-cu ilə doğru küçə banditlərinin dalına düşməyə başladılar. Dünyada ən yaxşı təlim görmüş qüvvə küçə banditlərini təqib edirdi”.
6-cı dəstə 1980-ci ildə Tehranda Amerika səfirliyindəki girovların azad edilməsi üçün uğursuz əməliyyatdan sonra meydana çıxdı. Hərbi Dəniz Qüvvələri kommander Riçard Marsinkodan terrorçuların hərəkətinə sürətlə cavab verməyi bacaran “Dəniz pişikləri” bölməsini yaratmağı xahiş etdi. O zaman “dəniz pişikləri”nin cəmi iki qrupu mövcud idi, lakin Marsinko sovet analitklərinin “Dəniz pişikləri”nin göründüyündən daha çox olduğunu düşünəcəklərini nəzərə alıb onları “6-cı dəstə” adlandırdı.
“Dəniz pişikləri”nin digər dəstələri oxşar tapşırıqları yerinə yetirir, lakin 6-cı dəstə ən qiymətli hədəflərin ovuna çıxır, həmçinin hərbi əməliyyat zonalarında girovların azad edilməsi üzrə əməliyyatlar keçirir. O, həmçinin MKİ ilə daha sıx əməkdaşlıq edir və döyüş zonasından kənarda məxfi missiyalar həyata keçirdir. "Pis adamlar"ın əlinə keçmiş nüvə silahını axtarıb tapmaq yalnız 6-cı dəstəyə öyrədilir.
Əfqanıstan müharibəsi başlayanada 6-cı dəstə sonradan prezident olmuş Həmid Kərzaini qoruyurdu. Kərzaiyə sui-qəsd zamanı amerikalılardan biri başından yüngülcə yaralandı. Lakin Kərzai sonralar dinc sakinləri məhv etdiyinə görə ABŞ özəl əməliyyat qüvvələrini sərt şəkildə tənqid etməyə başladı. 6-cı dəstənin üzvləri daha çox öz komandirlərinin diqqətli nəzarəti altında hərəkət edirlər, lakin onlara tam fəaliyyət müstəqilliyi verilir.
Əməliyyatçılar səsboğandan istifadə edib silah işlətməklə yatmış düşmənləri öldürüblər. Özlərinə bəraət üçün deyirlər ki, bu, düşmənin kazarmasını bombardman etməkdən heç nə ilə fərqlənmir.
Adı çəkilməyən, ehtiyatdakı keçmiş zabit bildirir ki, əməliyyatçılar yerə yıxılanlara “nəzarət atəşi” açırlar.
Bir patoloqanatomun sözlərinə görə, 2011-ci ildə Afrika sahillərində dəniz quldurlarının ələ keçirdiyi yaxtadakı girovları azad etmək üzrə əməliyyatda 6-cı dəstənin bir üzvü dəniz qulduruna 91 bıçaq yarası vurub. Bu quldur və başqa şəxslər dörd Amerika girovunu ödürmüşdülər. Keçmiş “Dəniz pişikləri”ndən biri məlumat verir ki, əməliyyyatçılara bütün əsas arteriyaları doğramağı öyrədirlər.
Yuxarıda xatırlanan ehtiyat zabit bildirir: “Əgər bircə anlığa təhlükədə olduğunu hesab edirsənsə, onda kimisə öldürürsən”.
Onun sözlərinə görə, “Dəniz pişikləri”nin hansısa snayperi ümumilikdə üç dinc sakini, balaca qızcığazı öldürdü və rəhbərliyə izah etdi ki, onları özü üçün təhlükəli hesab edirdi. Ehtiyatdakı zabit deyir: “Bu izahat hüquqi planda yetərli idi. Lakin 6-cı dəstədə bu cür şeylər keçmir. Sən həqiqətən də təhlükədə olmalısan. Snayperi məcbur etdilər ki, 6-cı dəstədən getsin”.
Hərbi hüquq üzrə bəzi ekspertlər hesab edirlər: dəqiq cəbhə xəttinin olmadığı, düşmən döyüşçülərin isə mülki şəxslərdən seçilmədiyi münaqişələr şəraitində Cenervə konvensiyasının yeni protokolları zəruridir.
Başqaları etiraz edirlər ki, ənənəvi və birmənalı davranış kodeksini rəhbər tutmaq lazımdır. Ekspert Ceffri S. Korn deyir: “Qeyi-qanuni və amansız düşmənlə vuruşarkən bu hüdudlarda israrlı olmaq daha vacibdir”.
2009-cu il dekabrın 27-də onlarla Amerika və əfqan hərbçisi Kunar əyalətinin Qxazi-Xan kəndindən bir neçə mil aralıya atıldı. Onlar gedəndə kəndin 10 sakini qətlə yetirilmişdi. O gecə baş verənlər haqda indiyədək mübahisə edirlər. Qarşıda “Taliban”ın yükəskrütbəli üzvünü əsir götürmək və yaxud ləğv etmək vəzifəsi dururdu. Lakin məlum oldu ki, kəşfiyyat məlumatı səhv imiş. Əyalətin keçmiş qubernatoru araşdırma apardı və amerikalıları silahsız məktəbliləri qətlə yetirməkdə ittiham etdi.
ABŞ ordusunun təmsilçiləri əvvəlcə iddia etdilər ki, həlak olanlar partladıcı qurğular hazırlayan terrorçuların lap özəyindən idi. Onlar sonradan bu iddiadan əl çəkdilər. Lakin Amerikanın bəzi hərbçiləri indiyə ədər inandırmağa çalışırlar ki, gənclərin hamısında odlu silahı var idi və “Taliban”la əlaqədə idilər. Əməliyyata MKİ rəhbərlik edirdi, lakin onda “Omeqa proqramı” çərçivəsində 6-cı dəstənin üzvləri də iştirak edirdilər.
6-cı dəstənin hesabında girovların xilası üzrə 10-dan çox əməliyyat var. Bunlar dəstənin həm ən məşhur müvəffəqiyyətləri, həm də ən kədərli uğursuzluqları idi.
Əməliyyatçılar deyirlər ki, bu cür əməliyyatlar zamanı son dərəcə çevik hərəkət etməli və hamıdan çox risk etməlidirlər. Çünki girovları ölümdən və yaralanmaqdan qorumalıdırlar. “Dəniz pişikləri” çox vaxt dustaqların əksəriyyətini məhv edirlər.
2010-cu ilin oktyabrında Altıncı dəstənin üzvü taliblərin əsir saxladığı britaniyalı Linda Norqrovu xilas edərkən səhvə yol verdi. Onun silahının mexanizmi ilişdi və iki yaraqlının gizləndiyini güman etdiyi xəndəyə qranat atdı. Lakin “Dəniz pişikləri” atışmadan sonra ölü girovu xəndəkdə aşkarladılar. Qranatı atmış əməliyyatçı və dəstənin digər üzvləri məlumat verdilər ki, Norqrov kamikadzenin partladıcı maddəli jileti partlayarkən öldürülüb. Lakin onların versiyasi tezliklə alt-üst oldu. İstintaq müəyyən etdi ki, Norqrov qranatın partlaması nəticəsində həlak olub. Əməliyyatçını 6-cı dəstədən getməyə məcbur etdilər, lakin “dəniz pişikləri”nin başqa bölməsində qalmağına icazə verdilər.
2012-ci ilin dekabrında 6-cı dəstənin əməliyyatçıları Əfqanıstanda taliblərin həkim Dilip Cozefi girov saxladıqları malikanəyə soxuldular. Əmliyyatçılardan biri güllələndi, qalanları isə Cozefin bütün dustaq yoldaşlarını qətlə yetirdilər.
Cozef deyir ki, 19 yaşlı talib Vallaka reydin əvvəlində sağ idi. Sonra ay işığında gördü ki, ölü Vallaka evdə qan içində uzanıb.
Hərbçilər iddia edirlər ki, dustaqların hamısını dərhal öldürdülər, Vallakanı isə ümumiyyətlə əsir götürməyiblər. Lakin Cozef nədənsə sonra evinə qayıtmadı...
Əvvəlcə Altıncı dəstənin snayper bölməsi olan “Qara eskadron” 11 sentyabr teraktından sonra “qabaqcıl qüvvələrin əməliyyatları”nı keçirtmək üçün qrupa çevrildi. Qrup xüsusi əməliyyatlardan qabaq kəşfiyyat məlumatı toplamaqla məşğul olmağa başladı.
Ramsfeld müdafiə naziri olarkən bu konsepsiya Pentaqonda xüsusi populyarlığa malik idi. General Makkristal ötən onilliyin ortalarında Altıncı dəstəyə kəşfiyyat məlumatlarının toplanmasında kürəsəl missiyalarda genişlənmiş rol oynamağı tapşırdı və “Qara eskadron”unun əməliyyatçıları Afrika Saxarasından tutmuş Latın Amerikası və Yaxın Şərqə qədər qədər ABŞ səfirliklərinə təyin edildi.
Altıncı dəstənin keçmiş üzvü təsdiq edir ki, silahlar “Qara eskadron”un əməliyyatçılarına diplomatik poçtla gətirlirdi. Yerli sakin kimi geyinmiş əməliyyatçılar gecə reydlərindən əvvəl kameralar və dinləmə qurğuları quraşdırmaq, həmçinin kəndliləri sorğu-suala tutmaq üçün kəndlərə gedirdilər.
Bölmələr Yaxın Şərqdə “Qara eskadron”un əməliyyatçılarının maskalandığı “sığınacaq firmalar” təsis edir və Somali, Yəmən sahillərində kommersiya gəmisi kimi qələmə verilən üzən stansiyası var.
Altıncı dəstənin digər bölmələrindən fərqli olaraq, “Qara eskadron”da qadın əməliyyatçılar var. Onları xaricə kəşfiyyat məlumatı toplamaq üçün göndərirlər. Onlar səfirliklərdə, adətən, kişi həmkarları ilə işləyirlər. Altıncı dəstənin keçmiş bir zabiti bildirdi ki, “Qara eskadron”un kişi və qadınları düşmən kəşfiyyatının və hərbiləşdirilmiş birləşmələrn gözündə şübhə doğurmamaq üçün çox vaxt cütlük kimi çalışırlar.
Hazırda “Qara eskadron”da 100-dən çox hərbçi var, onun artımı dünyanın müxtəlif ölkələrində ehtimal edilən təhlükənin yayılması ilə üst-üstə düşür. Bundan başqa, ABŞ hökuməti münaqişədə iştirak edib-etmədiyindən asılı olmayaraq, bu gün 6-cı dəstə kimi bölmələri yenidən münaqişə zonalarına göndərməyə hazırdır.
Mark Mazetti, Nikolas Kuliş, Kristofer Dryu, Serj Kovalevski, Şon Neylor və Con İsmey
“The New York Times”, 10.06.2015
Strateq.az