NƏHƏNGLƏR, PUTİNİN SUPERTANKINA QARŞI! – Kim, nəyə pul yatırır?

28-05-2017, 09:44           

Vladimir Putinin aqressiyası ilə Donald Trampın NATO-ya qarşı göstərdiyi biganəlik, Avropanı silahlanmaya milyardlarla dollar xərcləməyə vadar edir. Gəlin qitənin hərbi nəhənglərinin və o cümlədən də Rusiyanın ən aqressiv qonşularının nəyə pul yatırdıqları ilə tanış olaq.

1. Dünyanın dördüncü silah ixracatçısı

Almaniyanın müdafiə sənayesi silah ixracının həcminə görə dünyada dördüncü yerdədir. Əgər Almaniya NATO-nun tələblərini yerinə yetirərək, öz Ümumi Daxili Məhsulunun (ÜDM) 2%-ni hərbi xərclərə ayırarsa, onda onun müdafiə büdcəsi 2024-cü ildə 75 milyard dollar olacaq. İndi Almaniya ÜDM-nin 1,2%-i müdafiəyə sərf edilir. Amma ən başlıca problem ondan ibarətdir ki, almanlar belə qısa bir müddətdə bu qədər pulun necə investisiya ediləcəyini bilmirlər.
Almaniya yeni “MKS-180” freqatı hazırlayır ki, bu 4,5 milyard dollar dəyərindən yuxarı bir sövdələşmədir. Əslində isə həmin freqatlar daha əvvəl sifariş verilməliydi. Lakin “Thyssen Krupp” şirkətinin də iştirak etdiyi tenderdəki istehsalçılarla danışıqlar uzanıb. Bundan əlavə ümumi dəyəri 800 milyon avro olan 100 ədəd “Leopard-2” tankının təşkmilləşdirilməsi və alışı məsələsi 2015-ci ildən ləngiyib.

Uzun müddət ərzində ən böyük sövdələşmələrdən biri də, 131 ədəd “Boxer” tipli zirehli transpartyorlar olub. Bu maşınları alman müdafiə sənayesinin lideləri “Rheinmetall” və “Krauss- Maffei Wegman” şirkətləri istehsal edirlər. Sifarişin dəyəri yarım milyard avrodur.

Avropanın ən böyük silah sövdələşməsi, “Main Gruond Combat System” (Əsas Yerüstü Döyüş Sistemi) adlandırılan və rusların supertankı “T14 Armata”ya qarşı dayanacaq alman-fransız müştərək tankı olacaq. Bu tankın hazırlanması prosesi bütün gücü ilə gedir, lakin ilk tanklar 2030-cu ildən əvvəl təhvil verilməyəcək.

2. Fransa: Silah ixracı rekorda doğru irəliləyir


Qlobal maraqlara malik nüvə dövləti olan Fransa, Brexit-dən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Avropa Birliyindən olan yeganə daimi nümayəndəsidir. Fransa öz sahəsi üzrə dünyada liderlik edən geniş spektrli hərbi sənaye müəssisələrinə malik bir dövlətdir.

Keçmiş müdafiə naziri Jan-İv Le Drianın sözlərinə görə, ölkənin silah ixracı yeni rekordlara doğru irəliləyir və illik sifarişin məbləği 20 milyard avrodan çoxdur. Avstraliya sualtı qayıqlar, Hindistan “Rafal” qırıcıları sifariş verib. İri sifarişlər həmçinin Fransa müdafiə müəssisələrindən də gəlir. Məsələn, ”Skorpion” proqramı çərçivəsində 1668 ədəd “Qrifon” zirehli transpartyorları və 248 ədəd yüngül “Yaquar” tanklarının alınması nəzərdə tutulur. Buradakı əsas şərt maliyyələşmənin tam şəkildə həyata keçirilməsindən ibarətdir. Sövdələşmənin ümumi məbləğı beş milyard avro olacaq.

Digər iri miqyaslı sövdələşmə – “Belharra” adlanan və yeni sinifdən olan freqatalardır. Onun dəyəri 3,8 milyard avrodur. Eyni zamanda Fransa müdafiə nazirliyi 2021-ci ildə döyüş sıralarına qəbul edəcək 28 yeni “Rafal” qırıcıları sifariş verib. Fransa prezidenti Emanuel Makron istəyir ki, 2025-ci ilədək hərbi büdcəni ÜDM-in 2%-nə kimi yüksəltsin. Hərbi konandanlıq isə bu hədəfə 2022-ci çatmağı planlaşdırır.

3. Böyük Britaniya: Hər şeyə eyni zamanda vəsait yatırır
Böyük Britaniya aviadaşıyanlardan tutmuş, nüvə başlıqlı sualtı qayıqlara kimi, hər şeyə sərmayə yatırır. Ən böyük investisiyalardan biri 40 təyyarə tuta bilən və beş miyard dollar dəyərindəki “Kraliça Yelizaveta” sinfindən olan aviadaşıyandır. Bu gəmilər həmçinin Britaniyanın “BAE Systems”, ”Babocok İnternational” və Fransanın “Thales” şirkətlərinin birlikdə iştirak etdikləri müştərək layihənin məhsulu da sayılır.

Daha bir iri yatırım isə dörd ədəd “Trident” sualtı qayığının planlaşdırılmış şəkildə əvəzlənməsidir.
Böyük Britaniya özünün 40 milyard funtluq müdafiə büdcəsi ilə NATO-ya daxil olan ölkələr içərisində alyansın ÜDM-in 2%-ni hərbi xərclərə sərf etmək şərtini yerinə yetirən azsaylı ölkələrindən biridir. Bu parametrlərə görə, reytinqin üstündə ABŞ dayanır, onun ardınca isə Yunanıstan və Estoniya gəlir.

Böyük Britaniyanın baş naziri Tereza Mey seçki kampaniyası zamanı illik inflyasiyanın şərtlərinə görə hərbi xərcləri 0,5% artıracağına söz verib.

4. Polşa: Şərqi Avropanın silaha ən çox sərmayə qoyan ölkəsidir

Polşa Şərqi Avropa ölkələri arasında öz müdafiəsinin modernləşdirilməsi üçün daha çox investisiya yatırır. Rusiyanın hərəkətləri ilə bağlı Polşa siyasətçilərinin narahatçılığı nəticəsində son 15 il ərzində müdafiə xərcləri 75% artıb.
Lakin hər halda ölkə müdafiəsində doldurulması vacib olan xeyli boşluqlar var. Belə ki, silahların 70%-ə qədəri sovet dönəmindən qalmadır və təchizat materiallarının və texnikanın üçdə biri NATO standartlarına ancaq uyğun gəlir.
İsveçin Varşavadakı hərbi ataşesi Mats Andersonun sözlərinə görə, hal-hazırda Polşa ilk növbədə beş sahəyə xüsusi üstünlük verir.

Onlar yeni hava hücumundan müdafiə sistemləri əldə etmək istəyirlər və Amerikanın raket əleyhinə “Patriot” kompleksini almaq üçün danışıqlar aparırlar. Bundan başqa onlar kiber müdafiəni də gücləndirirlər. Polşa ordu üçün yeni gəmilər və nəqliyyat vasitələri almaq istəyir. Onların döyüş cərgəsində olan 952 tankından yalnız 247 ədədi müasirdir.

İşveç Polşaya yeni sualtı qayıqlar satmağa ümid bəsləyir. Lakin bu proses çox ləng gedir. Ancaq əslində bu məsələ ilə bağlı qərar üç il əvvəl verilməli idi. Onu da deyək ki, Polşa siyasətçiləri ölkənin ümumi iqtisadi inkişafı naminə, öz müdafiə sənayesindən istifadə etməyi də düşünürlər.

(“Svenska Dagbladet”- İsveç)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.