15 min dollarlıq kimsəsiz adanı kurort şəhərinə çevirdi - FOTO/VİDEO

14-08-2017, 00:13           
15 min dollarlıq kimsəsiz adanı kurort şəhərinə çevirdi - FOTO/VİDEO
Mavi suların əhatəsində xüsusi adanın olması şübhəsiz ki, xoşbəxtlikdir. Amma hər tərəfdən su ilə əhatə olunmuş vəhşi torpaqda heyrətamiz nə isə yaratmaq daha gözəldir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı, sadə evdar qadın Melita Kaulmandes Hanter şəhərdən uzaqlaşıb adada yaşamaq qərarına gəlib.
Melita Kaulmandes Hanter Cənub-Şərqi Asiyada demək olar ki, təsadüfən gəlib çıxıb. Belə ki, 2005-ci ildə onun əri Rorini Kamboca paytaxtına işgüzar səfərə dəvət ediblər. Cütlük əvvəlcə Kambocada bir il qalmağı, daha sonra səs-küylü, lakin yaxşı inkişaf etmiş Nyu-Yorka köçməyi planlaşdırıb.
Lakin o vaxtdan düz 10 il keçsə də, ailəni daha böyük şəhərlər cəlb etmir. Melita ailəsi ilə birlikdə indiyədək Siam körfəzi sahillərində yaşayır. Düzdür, həyat keyfiyyəti bir qədər dəyişib, amma onu daunşifter ( Özünü daunşifterlərə aid edənlər daimi maddi kapitalın artımından, karyera imkanlarından imtina edib özü və ya ailəsi üçün həyatı seçməyə meylli olur.) adlandırmaq olmaz.
O, Kambocada atılmış ada görüb, onu çox ucuz qiymətə, daha dəqiq desək, 15 min dollara alıb və ondan ultra bahalı kurort zonası yaradıb. Bu gün cənnət yerdə 27 villa, restoran, bar, spa-mərkəzi və əlbəttə ki, möhtəşəm və toxunulmamış təbiəti olan “Saa Resort Song” adlı istirahət guşəsi var. Bu adada bir sutka qalmaq üçün təxminən 870 dollar ödəməlisən. Qiymət çox baha olsa da, Melita turist sarıdan problem yaşamır.
Cənnət adaya Sianukvil şəhərindən ancaq qayıqla getmək mümkündür. O, şəhərdən ən azı 30 kilometr aralıda yerləşir. Yaxud Pnompey və Siempeapadan təyyara ilə gəlmək olar. Adada bütün daşınmaz əmlak təbii materiallardan - emal edilmiş ağacdan, daşdan, bəziləri hətta köhnə qayığın qalıqlarından düzəldilib.
Ada qonaqlarına koka-kola, hamburgerlər, sosiska və digər sağlamlıq üçün təhlükəli yeməklər təklif etmir. Bütün yemək və içkilər yalnız yerli mətbəxə aiddir və maksimum faydalıdır. Xüsusilə səhhətində problem insanlar üçün orqanizmi detokstasiya edən qidalar var.
Yeri gəlmişkən, imkanlı şəxlərin bu adada özünə villa almaq şansı da var. Villaların qiyməti 600 mindən 1,7 milyon dollara qədərdir. Kurortunun əməkdaşlarının 80 faizindən çoxu digər adaların əhalisidir.
Kurortunun fəaliyyəti ilə yanaşı, Melita xeyriyyəçiliklə də fəal məşğul olur. Bu şərəfli işdə ona kömək etmək üçün sadəcə, adaya gəlib istirahət etmək lazımdır. Belə ki, 2015-ci ilin mayın 1-dən oktyabrın 31-dək dövrdə adaya gələn qonaqlardan alınan pullar “Song Saa” fonduna verilir. Melita bu pulu təhsil, ekoloji və Kambocada mövcud olan digər problemlərin həli üçün xərcləyir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.