"Ərəb müştərim 12 günə mənə 12 min dollar verdi" - Atalığından övlad dünyaya gətirən bədbəxt “mələk”...

18-08-2017, 13:37           
"Ərəb müştərim 12 günə mənə 12 min dollar verdi" - Atalığından övlad dünyaya gətirən bədbəxt “mələk”...
Deyirlər ki, insanın taleyi öz əlindədir. Yəni, insan həyatını necə qurmaq istəyirsə, elə də yaşayır. Amma bəzən yaşadığımız həyatı özümüz idarə edə bilmirik. Qorxularımız, cəsarətsizliyimiz, adı hər nə olursa-olsun, həyatımızı alt-üst edir. Sonra taleyimiz hara sürüyürsə, arxasınca gedirik. Çünki buna məcburuq, başqa yolumuz yoxdur. Bəlkə də var, sadəcə bunu etiraf etməkdən qorxuruq. Ya da yaşadığımız həyat ürəyimizcədir, bunu etiraf etmək istəmirik.
Haqqında danışacağım qadın Bakıxanov qəsəbəsində gözəllik salonlarından birinin sahibəsidir. Rayondan Bakıya gələndən 3-4 il sonra yığdığı pulla salonu alıb. Hamıda onu ağırtəbiətli iş qadını kimi tanıyır. Amma dediyinə görə, onun da ürəyində yığılıb qalanlar var: "Hər adam sirrini kiməsə açanda rahatlaşır. Sənə yaman ürək qızdırıram. Elə bilirəm sənə hər şeyi danışsam yüküm azalacaq".
Deyir ki, qadınlar bir-birini daha yaxşı başa düşür. Haqqında yazı hazırlamağımı biləndə isə etiraz eləmədi. Deyir ki, onsuz da onu tanıyanlar iş qadını kimi tanıyır.
Çox qəribə taleyi olub Alsunun. Adı da fərqli olub, həyat tərzi də. Bakıya gələndən sonra adını da dəyişib, həyat tərzini də. Dediyinə görə əslən Yevlaxdandır. Və bütün yaşadıqlarını elə Yevlaxda dəfn edərək Bakıya gəlib: "Atamla anam mən uşaq olanda ayrılıblar. Atam yadıma gəlmir. Yadıma gələn Asif dayıdır. Anam həmişə deyirdi ki, ona "ata" deyim. Amma özümdən asılı deyildi. Asif dayı mehriban olsa da, ona ata deməyə dilim gəlmirdi. 14 yaşım olanda anam məni özümdən 10 yaş böyük olan Yaşara (ad şərtidir) nişanladı. Evdən o qədər bezmişdim ki, heç etiraz da etmədim. Yaşarla tez-tez bağımızda görüşürdük. Uşaq ağlımla mənə elə gəlirdi ki, onu sevirəm".
Alsu deyir ki, bir neçə görüşdən sonra Yaşarla aralarında münasibətlər möhkəmlənməyə başlayır. Yaşar onu sevdiyini, tezliklə evlənəcəyini deyir: "Yaşarı sevirdim, onun üçün hər şeydən keçməyə hazır idim. Keçdim də. O mənə toxunanda özümü başqa dünyada hiss edirdim. Mənim üçün həyatda yeganə kişi Yaşar idi. Atam, qardaşım, sevgilim idi Yaşar. Tez-tez görüşürdük. Görüşlərimizin birində yenə bir yerdə olduq. Evdə hamının yatdığını düşünürdüm. Bizim evimiz iki mərtəbəlidir. İkinci mərtəbəyə giriş çöldəndir. Mənim otağım ikinci mərtəbədə idi. Qaranlıqda sakit-sakit otağıma çıxırdım. İstəmirdim ki, Yaşarla görüşdüyümü anam bilsin. Otağıma girəndə arxadan bir əl ağzımdan tutdu məni yatağıma yıxdı. Asif dayı idi. Pıçıldayırdı ki, qışqırsam məni öldürəcək. Asif dayı deyirdi ki, əgər onunla olmasam, məni bütün kənddə biabır edəcək. Deyirdi, toydan əvvəl nişanlısı ilə birlikdə olan qızın kənddə adı çıxsa, heç nişanlısı da onunla evlənməz. Guya adı ləkələnir. Həmin gecə Asif dayı məcbur şəkildə mənimlə yaxın oldu".
Alsunun sözlərinə görə, bu hal davamlı təkrar olunmağa başlayır. Atalığının təcavüzünə dözməyən qız nişanlısına tez evlənməyi təklif edir. Nişanlısı da etiraz etmir. Qızı qaçırır: "Düşünürdüm ki, daha xoşbəxt olacağam. Evliliyimin ilk günlərində hamilə olduğumu bildim. 7 ayın tamamında bir qızım oldu. Yoldaşım çox yaxşı adam idi. Sevinirdi uşağı olduğu üçün. Mən isə vicdan əzabı çəkirdim ki, "bəlkə uşaq onun deyil" deyə. Asif dayı da ara-sıra bizə gəlirdi. Anam uşağı qucağına alan kimi ondan alır, öpüb oxşayırdı. Hətta bir neçə dəfə adam arasında "necə də atasına bənzəyir" deyə mənə söz atırdı".
Aradan iki il keçəndən sonra Alsunun ikinci övladı dünyaya gəlir. Elə ailədə söz-söhbət də bundan sonra başlayır: "Böyük qızım Asif dayıma bənzəyirdi, yaşıl gözlü, ağbənizli, sarışın idi. İkincisi isə Yaşar kimi qarabuğdayı. Əvvəlcə uşağın sarışın olmasını nəsildən gəlmə kimi qiymətləndirirdilər. Amma görünür Yaşar Asif dayının dediklərindən nəsə anlamışdı".
Alsu danışır ki, 19 yaşı olanda artıq ailədə olan söz-söhbətlərə dözə bilmir. Həyat yoldaşı da içki düşkününə çevrilir. Hər gün evə içkili gəlib, dava salan Yaşar, bir gün qızlarını da, Alsunu da döyür: "Gec gəldi evə. Evdə dişə çəkməyə bir tikə çörək də yox idi. Uşaqlarım ac idi. Mübahisəmiz oldu. Dedim, içkiyə pul tapa bilirsən, evə çörək almağa pulun yoxdur. Əsəbiləşdi. Əvvəlcə evin bir küncündə olan yun çubuğuna əl atdı. Uşaqları da, məni də döydü. Sonra kəmərini çıxarıb qızımın boğazına bağladı. Qışqırıb deyirdi ki, bu mənim deyil, mənə bənzəmir. Öldürəcəyini bildirirdi. Var gücümlə qışqırıb, ona qızımı öldürməməsi üçün yalvarırdım. Sonra başıma nəsə dəydi. Gözümü açanda xəstəxanada idim, qızlarım başımın üstündə ağlayırdı. Şükür etdim ki, qızım sağdır. İki gün sonra xəstəxanadan çıxdım".
Alsu həmin gün qərara verir ki, daha Yaşarın evinə qayıtmasın. Üzərində olan qızıllarını satıb, iki övladını da götürüb Bakıya gəlir: "Yaşarla rəsmi nikahımız yox idi. Ona görə də qorxmadan, çəkinmədən uşaqlarımı götürüb, Bakıya gəldim. Balaxanıda ucuz bir ev tutub, yaşamağa başladım".
Alsu deyir ki, Balaxanıda yaşadığı ilk günlərdə ev təmizləmə işlərinə gedir. Amma qızıllarının pulu tam bitəndən sonra bu işlərdən qazandığı pullar ona yetmir. Belə qərara gəlir ki, şəhərdə özünə bir iş tapsın. Uşaqları qonşuluqdakı qadına tapşırıb, bir neçə gün iş axtarmaq üçün gəzir: "Hamı rayondan gəldiyimi bilib, məndən uzaq durmağa çalışırdı. Hətta iki uşağımın olduğunu bilənlər mənə pis nəzərlə baxırdı. Yadıma gəlir, 2011-ci il iyul ayı idi. Bakıxanovda şadlıq saraylarının birində işə düzəldim. Sevinirdim. Çünki yaxşı əmək haqqı ilə yanaşı, axşamlar toylardan qalan yeməklərdən də verəcəkdilər. Uşaqlarım ac qalmayacaqdı. İlk ayda hər şey qaydasında idi. Hər dəfə toya gələn xarici avtomobillərdən düşən qadınlara baxanda həsəd hissi keçirirdim. Bir gün yenə şadlıq sarayının arxa qapısında durub gəlib-gedənlərə baxırdım. Toyun bitməsinə az qalmışdı. Gözləyirdim ki, toy bitsin, uşaqlarıma yemək aparım. Həm də ürəyimdə özümü qarğıyırdım ki, bu nə həyatdır yaşayıram deyə. Mən də yaxşı geyinmək, yaxşı yemək, bahalı avtomobil sürmək, yaxşı evdə yaşamaq istəyirdim. Yaxşı bir kişinin arvadı olmasam da, yaxşı bir kişinin sevgilisi olmağa hazır idim. Elə bu istəklə başladı hər şey".
Həmin gün axşam toy həmişəki vaxtından gec bitdiyi üçün inzibatçı Alsunu evə aparmağı təklif edir. Qadın düşünmədən razılaşır. Qonşudan qızlarını da götürən Alsu evə gəlir: "Ona dedim ki, istəyirsən gəl bir çay hazırlayım. Heç bilmirəm niyə dedim… Razılaşdı. Uşaqlar yatırdım, çay qoydum. Və hər şey başladı. Səhər 4-5 idi, getdi. Ramin çox xəsis adam idi. Mənə qəpik də xərcləmirdi. Təkcə dostları ilə getdiyi məclislərə aparanda nəsə geyim alar, salona getmək üçün pul verərdi. İki ay sonra Raminin Elxan adlı dostu ilə tanış oldum. Ramin bunu biləndə mənim işdən çıxarılmağım üçün hər şey etdi. 3 ay Elxanla yaşadım. Uşaqlarımı onun verdiyi pullarla, aldığı ərzaqla saxlayırdım. Elxan evli olduğu üçün gecələr gəlmirdi. 3 ay sonra Elxanla da münasibətlərim pozuldu. Uşaqlarım ac qalmamalı idi. Raminə zəng elədim, işə qayıtmağıma kömək etməsini xahiş etdim. Ramin bunun mümkün olmadığını dedi və bir qadının nömrəsini verib, işə ehtiyacın varsa zəng et dedi".
Bir neçə gün düşündükdən sonra Alsu verilən nömrəyə zəng edir: "Gecəsi 50 manata gedirdim. Onun da 20-sini mənə "yardım" edən qadın götürdü. Pulum az olmurdu. Gözəl idim, gənc idim. Artıq şəhərdə kirayə ev tutmuşdum. 3 otaqlı geniş mənzilim vardı. Qonaqlarımı uşaqlarım yatandan sonra qəbul edirdim. Amma tez-tez ev dəyişdirmək məcburiyyətində qalırdım. Qonşular binaya girib-çıxan yad insanlardan narahat olurdu deyə, tez-tez dava düşürdü. Bir gün qərar verdim ki, bir video çəkim, youtube videoportalına yerləşdirim, müştərimi özüm yığım, daha heç kimə pul verməyim. Etdim də. 2-saatı 100 manata razılaşırdım hamıyla. Pulum daha çox idi. Bu artıq mənim işim idi. Amma bir gün telefonla danışdığım müştərini evə çağıranda həyatımın sarsıntısını keçirdim. Asif idi. Bir az söhbət elədi, qızını soruşdu, görmək istədiyini dedi. Dedi ki, əgər anamın məsələdən xəbərdar olmasını istəmirsə, qızımı ona göstərməliyəm. Qısacası mən nə qədər həyatimdan Asif adlı şəxsi çıxarmaq istəsəm də, gəlib qarşıma çıxdı. Uşaqlarımı götürüb, yenə ev dəyişdirdim. Beləcə bir neçə il ondan qaça-qaça yaşadım. Ötən il avtomobil qəzasına düşdü, öldü. İlk dəfə bir insanın ölümünə sevindim".
Alsunun 28, böyük övladının 13 yaşı var. Qızının atası sevmədiyi insan olsa belə, Alsu qızının yaxşı yaşaması üçün əlindən gələni əsirgəmir: "Mən övladlarımı çox sevirəm. Onları təmiz ananın övladı kimi böyüdürəm. Onları yanında siqaret çəkmir, içki içmirəm, dərsləri ilə maraqlanıram. Daha kişiləri evimə dəvət etmirəm. Düzü kişilər də evə gəlməyə qorxur. İndi mən onların çağırdığı yerlərə gedirəm. Yüngülvari bir avtomobilim var. Ötən il “Hyundai” aldım. Həftədə 3-4 dəfə "qonaq"larım olur, eyni zamanda özümə aid kiçik bir gözəllik salonum var. Çox adam məni iş qadını kimi tanıyır. Müştərilərimdən başqa…"
— Müştərilərin arasında heç tanınmışlar olubmu? Məsələn jurnalistlərdən…
— Olub. Bir aparıcı var, onun dostları ilə birlikdə Qubada 3 gün dincəlmişik. Çox xəsis adamdı. 3 günümə cəmi 250 manat pul verdi. Dedi, “qalmısan, yemisən, gəzmisən… onları da hesabla”.
— Heç müştəri tərəfindən döyülmüsənmi?
— Hə, kəmərlə döyüb məni. Neynəyim, kəmərlə döyülmək alnıma yazılıb.
— Son vaxtlar ərəblər gəlir Azərbaycana. Heç ərəb müştərin olubmu?
— Hə, keçən ildən ərəblər daha çox gəlir Azərbaycana. Əlbəttə olur. Amma mən bir az qorxuram, onlar təmizkar olmur. Düşünürəm ki, nəsə ağır xəstəliyi olar, keçər mənə. Uşaqlarım hələ balacadı. Bir az böyük olsalar qorxmazdım. Ərəblərin qəribə qoxusu olur. Həm də yemək yeyəndə, içki içəndə qəribə şəkildə edirlər. Baxmaq istəmirsən. Amma yaxşı pul verirlər. Ötən il bir ərəblə 12 gün bütün istirahəti boyu yanında oldum. Hər günümə min dollar verdi. Telefon nömrəmi də aldı. Bu il də gələcəkmiş…
Gələcəyə ümidləri çoxdur Alsunun. Deyir ki, bir az pul toplayıb şəhərdə geniş işıqlı mənzil və bahalı avtomobil aldıqdan sonra bu işdən uzaqlaşacaq. Özünü qızlarına həsr edəcək. Sevgi, ailə həyatı Alsu üçün çox uzaq və əlçatmazdır. Qızlarının onun kimi olmasını heç arzulamır. Deyir ki, birdən qızları da onun kimi səhv etsə, bunu onlara bağışlamaz: "O qədər döyərəm ki, gəzə bilməz. Mən bu səhvi etmişəm, razı olmaram onlar da belə addım atsın. Hər şey qızın anasından asılıdır. Ana istəsə qızı fahişə də olar, mələk də… Övladlarına qarşı mühafizəkar, sərt olmaqla deyil, övlada dost olmaq lazımdır. Qızınla dostsansa, o heç vaxt səni yanıltmaz".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.