Azərbaycan istehsalı olan zirehli döyüş maşını "Marauder" haqda bilmədiklərimiz

1-11-2017, 05:01           

teref.az Azərbaycanda yığıllan "Marauder" zirehli maşınının üstünlüklərini sizə təqdim edir:
Məsəl ücün: Bu avtomobil ücün 12.7 mm lik güllələr problem deyil və şinlərinə bir necə güllə dəydikdə belə o,hərəkətini davam etdirə bilir.
Маrauder dünyada ən cox qorunan avtomobil sayılır.Marauder zirehli avtomobili Şimali Afrikanın Paramount Groop şirkəti tərəfindən istehsal olunsa da bu gün lisenziya əsasında Azərbaycan MSN –in EVM zavodundada istehsal edilir. Döyüş cəkisi 15 tonn olan bu avtomobil 100 km/saat sürət yığa bilməklə bərabər,gediş ehtiyatı 700 km dır.Avtomobilin mühərriki fərqli konsepsiyalara görə fərqli ola bilsə də,hal hazırda amerikanın Cammins şirkətinin turbodizel mühərriki ilə təhciz olunub.Döyüş modulundan əlavə avtomobildə ,operator ,tuşlayıcı komandir və 8 döyüşcü ücün yer var. Burada havanın soyudulması ücün güclü kondinsioner qoyulub ki,bu da isti regionlarda uzun yol qət edən şəxsi heyətin komfortu ücündür.
Marauder haqda 10 bilgi :
1. Konfiqurasiyasından asılı olaraq,o, həm komanda mərkəzi,piyadanın döyüş maşını,sanitar və xüsusi avadanlıq quraşdırılmış maşın ola bilir.
2. Əyər əlavə cənlər qoyularsa,o 500 km əlavə yol qət edə bilir.
3. Marauder yolda qoyulmuş 14 kq və korpusa bərkidilmiş 7 kq partlayıcının partlayışına dözür
4. Ultramüasir klimat kontrolun vasitəsi ilə şəxsi heyət həm qızına və həm də sərinlənə bilir.
5. Marauder öz hündürlüyünün yarısı qədər olan su maneələrini üzüb kecə bilir.
6. Xüsusi şinlər,12.7 mm lik güllələr dəyəndən sonar hələ 50 km məsafə qət edə bilir.
7. 15 tonn olduğu halda 18 tonn yük apara bilir
8. Marauderin kənar partlayışlardan qorunması ücün bloklayıcı electron avadanlıqlarla təhciz etmək mümkündür.
9. Aktiv oturacaqlar şəxsi heyəti fuqas və qəlpələrdən qoruyur.
10. Onun 120km/saat sürətində ,onu böyük gövdə ilə manevrsiz saymaq olmaz
Abuzər Əbilov (Legion)
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.