Yadplanetlilərlə bağlı FANTASTİKA - Əslində onlar əhatəmizdədirlər

2-11-2017, 09:15           

Böyük Britaniyanın Oksford Universitetindəki elm adamları yadplanetlilərin xarici görünüşü ilə bağlı analoqu olmayan bir araşdırma aparıb.
Publika.azs xəbər verir ki, alimlər təkamül nəzəriyyəsini yadplanetlilərin davranışlarını təxmin etmək üçün istifadə edib və onların nəyə bənzədiyi ehtimallarına aydınlıq gətiriblər.
Onlar bu günə qədər “əcnəbi, heyvani” kimi xarakterizə edilən xarici görünüşdə təsəvvür edilən yadplanetlilərin əslində insanlara bənzədiyini və insan orqanizminə daha yaxın olduqlarını iddia ediblər.
Təkamül nəzəriyyəsinin yadplanetlilər üzərindəki təsirini araşdıran mütəxəssislər yad həyat tərzlərinin təbii seçməyə uğradığını və insan kimi zamanla daha güclü hala gəldiyi arqumentini dəstəkləyir.
Araşdırmanın rəhbəri Sam Levin insanların bu günə qədər yadplanetlilərin silikonu xatırladan dəriyə sahib olduğunu, DNT-lərinin olmadığını və azotla nəfəs aldıqlarını təsəvvür etdiyini bildirib. Lakin təkamül nəzəriyyəsi tətbiq edilən araşdırma bunların tam əksini ortaya çıxarıb. O, yadplanetlilər arasında iyerarxik bir quruluşun olduğunu da vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru