Ölümündən iki həftə əvvəl : Dünyanın necə yarandığını yazdı

21-03-2018, 12:19           
Ölümündən iki həftə əvvəl : Dünyanın necə yarandığını yazdı
Məşhur fizik, öz proqnozları və maraqlı nəzəriyyələri ilə tanınan Stiven Hokinq ölümündən iki həftə əvvəl yeni işinin son ştrixlərini tamamlayıb.

teref.az yazır ki, 14 martda ölən Stiven Hokinqin son işi Yerin mənşəyi və yaranması ilə bağlı olub.

Mütəxəssislər bildirir ki, bu iş fizikin işləri arasında böyük maraq doğuracaqlardan biridir. Bununla belə, hələlik fizikin son işində irəli sürdüyü tezislərin dünya və kosmos barədə nəzəriyyətləri kökündən dəyişəcəyi gözlənilmir. Hər halda mütəxəssislər yaxın zaman üçün bunu mümkün hesab etmirlər.

Hokinqin “A Smooth Exit from Eternal Inflation?” adlı işinin həmmüəllifi olan nəzəriyyəçi-fizik Tomas Hertoq bildirib ki, ölümündən 2 həftə əvvəl onunla görüşüb və məqsədləri son işi birgə müzakirə etmək olub.

“The Sunday Times” xəbər verir ki, son işi Hokinqin əsərləri arasında ən çox maraq doğuranı olacaq. /Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.