Ağdaş sakinindən narkotik vasitə götürülüb

13-03-2021, 18:47           
Ağdaş sakinindən narkotik vasitə götürülüb
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər də məhkum olunmuş Əziz Əzizov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan torbada, çəkisi 900 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru