Tunis prezidenti olmaq istəyən azı 60 nəfərin müraciəti ləğv edilib

11-08-2019, 07:41           
Tunis prezidenti olmaq istəyən azı 60 nəfərin müraciəti ləğv edilib
Tunisdə növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürmək istəyən azı 60 nəfərin ərizəsi ləğv edilib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Seçkilər üzrə Ali Müstəqil Komissiyasının nümayəndəsi Anis Carbui açıqlama yayıb.

“Bu sənədlərdə kifayət edəcək sayda zaminlər təqdim olunmamışdı. Mümkün namizədlərin siyahısı avqustun 15-də elan olunacaq”, - deyə Carbui bildirib.

Seçkilər üzrə Ali Müstəqil Komissiyasının məlumatına görə, dövlət başçısı postuna namizədliyini irəli sürənlərdən tələb olunan odur ki, onlar azı 10 deputatdan və ya 40 yerli idarəetmə orqanlarının rəhbərlərindən ibarət zamin siyahısı təqdim etməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.