Suriya Ordusu kürdlərin nəzarətindəki Abu-Rasin qəsəbəsinə daxil olub - VİDEO

4-11-2019, 09:52           
Suriya Ordusu kürdlərin nəzarətindəki Abu-Rasin qəsəbəsinə daxil olub - VİDEO
Türkiyənin "Barış Pınarı" əməliyyatı fonunda Suriya Ordusunun ölkənin şimal-şərqində yerləşməsi və ABŞ qüvvələrinin bölgədən çıxması prosesi davam edir.

SalamNews SANA-a istinadla xəbər verir ki, Suriya Ordusu və kürd bölmələrinin razılaşması çərçivəsində birinci ölkənin şimal-şərqində Həsəka əyalətinin Abu-Rasin qəsəbəsinə daxil olub.

Eyni zamanda ABŞ-ın böyük hərbi karvanı bölgəni İraqın şimalı istiqamətdə tərk edib.

Qeyd edək ki, Türkiyənin "Barış Pınarı" əməliyyatı fonunda ABŞ Suriyanın şimalından hərbi qüvvələrini çıxarıb və nəticədə kürd bölmələri Suriya Ordusunun bölgədə yerləşməsinə boyun qoyub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru