Keçmiş Baş nazirin gizli ada-kotteci tapıldı - Foto

12-04-2020, 14:18           
Keçmiş Baş nazirin gizli ada-kotteci tapıldı - Foto

Rusiyanın keçmiş Baş naziri Dmitri Medvedevin Volqa çayı üzərində gizli bir adası var.

Reyting.az xarici KİV-ə istinadla bildirir ki, indiyə qədər ictimaiyyətdən gizli saxlanılan ada Həştərxandakı yaşayış yerindən 70 kilometr aralıda, Qandurino kəndi yaxınlığında yerləşir.

Jurnalistlərin məlumatına görə, Təhlükəsizlik Şurası sədrinin müavini burada öz ailəsi ilə istirahət edir və balıq tutmağa gəlir.

Ada-kottecin ərazisinin 27 hektar olduğu bildirilir. Əvvəllər burada “Lotos” turist bazası olub, ancaq indi ərazi adi vətəndaşlar üçün bağlanıb.

Bəzi məlumatlara görə, ada sənəd üzərində milyarder Əlişir Usmanovla əlaqəli bir offşor şirkətə aiddir.

Tikinti sahəsinin kuratorunun Dmitri Medvedevlə bir sinifdə oxuyan, Avarçəkmə Federasiyasının prezidenti Yevgeni Arxipov olduğu ortaya çıxıb. Sənədləri isə Medvedevin həyat yoldaşı Svetlana şəxsən özü imzalayıb.

Hovuzlu, restoran kompleksli və helikopter meydançası olan iqamətgahın dəyərinin 2 milyard rubl ola biləcəyi ehtimal edilir. Kottecin tikintisində iştirak edən Konstantin Petrusenkonun sözlərinə görə, bu adada hər şey Medvedevin istəyi ilə edilib.

O, yataq otağındakı bütün bəzəklərin eksklüziv olduğunu da söyləyib.

Medvedev adaya axırıncı dəfə 2019-cu ilin payızında gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru