ABŞ-ın hərbi gəmisində başlanan yanğın 4 gün sonra söndürülüb

17-07-2020, 09:10           
ABŞ-ın hərbi gəmisində başlanan yanğın 4 gün sonra söndürülüb
San Dieqoda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Bonhomme Richard” (LHD 6) universal desant gəmisində baş verən yanğın 4 gün sonra söndürülüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Sakit Okean Donanmasının kontr-admiralı Filip Sobek ABŞ Silahlı Qüvvələrinin sosial şəbəkələrdə birbaşa yayımlanan mətbuat konfransında bildirib.

Artıq atəşin söndürüldüyünü deyən F.Sobek “USS Bonhomme Richard”da yanğının bazar günü baş verdiyini vurğulayıb: “Yanğın gəmiyə texniki xidmət göstərilərkən başlayıb. Həmin vaxt gəmidə ümumilikdə, təxminən, min nəfər heyət üzvi olub. Yanğın zamanı gəminin göyərtəsində isə 160-a yaxın dənizçi var idi”.

Yanğının söndürülməsi zamanı 60-a yaxın yanğınsöndürən və dənizçi əmələ gələn qatı tüstüdən və üksək temperaturdan müxtəlif dərəcəli xəsarətlər alıb.

Kontr-admiral əlavə edib ki, yanğın hadisəsi donanmanın döyüş hazırlığına xələl gətirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru