Ermənistan XİN başçısı səfirləri başına topladı-atəşkəsin bərpasına çağırdı

17-07-2020, 09:18           
Ermənistan XİN başçısı səfirləri başına topladı-atəşkəsin bərpasına çağırdı
Azərbaycan ordusunun sərrast cavab zərbələləri qarşısında aciz qalan Ermənistan hakimiyyəti ölkədəki diplomatik korpusla görüş keçirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, xarici işlər naziri Zoqrab Mnatsakanyan 16 iyulda ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşüb. Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən bəhs olunub. Nazir xüsusilə qeyd edib ki, 16 iyulda dövlət sərhədinin Tavuş vilayəti istiqamətində, Movses və Aqepar hissəsində atəşkəs ciddi şəkildə pozulub. Mnatsakanyan Azərbaycanı mülki əhalini hədəf seçməkdə günahlandırıb. Hansı ki, Azərbaycan Müdafiə Nazirliyi ötən gün bu iddiaları qəti şəkildə təkzib etmişdi. Ermənistan XİN rəhbəri 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasına əməl etməyin vacibliyindən danışıb.

Bu fakt bir daha sübut edir ki, işağalçı ölkənin ciddi narahatlığı var və dövlət sərhədində törətdiyi xain hücumlara Azərbaycanın bu şəkildə cavab verəcəyini gözləmirmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru