Alman jurnalisti Azərbaycanın “Hermes” PUA-sının vurulması barədə erməni yalanını ifşa edir

17-07-2020, 12:32           
Alman jurnalisti Azərbaycanın “Hermes” PUA-sının vurulması barədə erməni yalanını ifşa edir
Ermənistan Müdafiə Nazirliyinin Tovuz istiqamtində iyulun 12-dən 16-na qədər gedən döyüşlər ərzində Azərbaycanın itkilərinə dair yaydıqları dezinformasiyalardan birini alman jurnalisti ifşa edib.
Virtualaz.org xəbər verir ki, jurnalist Yulian Repke ermənilərin Azərbaycana aid “Hermes” pilotsuz kəşfiyyat təyyarəsinin guya “Oka” zenit-raket kompleksi ilə vurulmasına dair görüntülərin saxta olduğuna diqqəti cəlb edib. O, müəyyən edib ki, həmin görüntülərdə PUA yox, ikimotorlu yüngül təyyarə əks olunub.

Xatırladaq ki, Azərbaycan ordusuna aid “Hermes” (İsrailin “Elbit Systems” şirkətinin istehsalı) pilotsuz kəşfiyyat təyyarəsinin Ermənistan ərazisinin dərinliklərində kəşfiyyat apararkən vurulması barədə məlumatı düşmən ölkənin Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan yayıb. Daha sonra erməni mənbələri “PUA-nın vurulması” görüntülərini dərc ediblər. Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edib.

İndi Ukraynanın Dialog.UA portalı alman jurnalistin bu məsələ barədə Twitter-də yazdıqlarına diqqəti cəlb edir. Yuilian Repke öz bloqunda yazır ki, erməni tərəfi PUA-nın vurulmasının sübutu kimi ikimotorlu yüngül təyyarə görüntüsü yayıb. “Mən sizə məsləhət görürəm: əgər deyirsinizsə ki, pilotsuz təyyarə vurmusunuz, o zaman sizin havadan müdafiə sisteminizin hədəfləndiyi ikimotorlu yüngül təyyarə göstərməyin”,-Repke yazıb.
Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.