Nyu-Yorkda Trampa açıq dəstəyini bildirən polis işdən kənarlaşdırılıb

26-10-2020, 07:16           
Nyu-Yorkda Trampa açıq dəstəyini bildirən polis işdən kənarlaşdırılıb
Nyu-York polisinin bir əməkdaşı ABŞ-ın hazırkı prezidenti Donald Trampa açıq dəstəyini nümayiş etdirdiyinə görə işindən kənarlaşdırılıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə məlumatı şəhər polisinin rəhbəri Dermot Şi özünün “Twitter” səhifəsində paylaşıb.

Bildirilir ki, həmin polis əməkdaşı xidməti avtomobildə quraşdırılımış səsgücləndirici vasitəsi ilə “Tramp 2020” şüarı səsləndirirmiş. Sonradan onun bu dəstəyi ətrafdakılar tərəfindən kameraya çəkilərək internetə yerləşdirilib.

“Bu hadisədə iştirak edən polis məmuru müəyyən edildi və məvacibi ödənilmədən xidmətdən kənarlaşdırıldı. Təkrar edirəm, hüquq-mühafizə orqanlarının əməkdaşları siyasətdən kənar qalmaq məcburiyyətindədirlər və bununla da insanlara qanunun hər kəsə bərabər və siyasi üstünlüklərindən asılı olmayaraq tətbiq olunduğunu göstərməlidirlər”, - paylaşımda belə qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru