Bir gecədə 20 milyard dollar
7-02-2016, 22:15
Amerikan futbolu sevənlərin həyəcanla gözlədiyi 50-ci Super Bowl mübarizəsinin ABŞ iqtisadiyyatına 20 milyard dollardan çox töhfə verməsi gözlənilir.
Bu il 50-ci dəfə keçiriləcək Super Bowl, bu gecə Denver Broncos və Carolina Panthers arasında Kaliforniya əyalətindəki Levis Stadionunda oynanacaq.
ABŞ-da həyatı 4 saat ərzində dayandırması gözlənilən Super Bowl qarşılaşmasının, başda pərakəndə sektoru olmaqla ölkə iqtisadiyyatına milyardlarla dollarlıq hərəkətlilik gətirəcəyi proqnozlaşdırılır.
ABŞ Milli Pərakəndə Satıcılar Birliyindən (NRF) toplanan təxmini məlumatlara görə, ölkədə hər il festival havası yaradan Super Bowl üçün bu il adambaşına orta hesabla 82,19 dollarla bütövlükdə 15,5 milyard dollarlıq rekord məbləğdə vəsait xərclənəcək.
Təşkilatın məlumatları, keçən ilki qarşılaşma üçün adambaşına orta hesabla 77,88 dollarla, bütövlükdə 14,3 milyard dollar xərcləndiyini ortaya qoymuşdu.
Bu il təxminən 189 milyon amerikalının izləyəcəyi final mübarizəsi üçün 8,6 milyonu televizor olmaqla, cəmi 20,9 milyon yeni məhsulun satılması gözlənilir.
Bundan başqa, Technomic adlı araşdırma şirkətinin məlumatlarına görə, Şükran Günündən sonra ən çox qida istehlak edilən gün olan “Super Bowl Bazarı”nda təxminən 14,5 milyon pitsa, 1,3 milyard toyuq qanadı və 1,2 milyard litr spirt istehlak ediləcək.
BİLET QİYMƏTLƏRİ REKORD QIRDI
Sanda Klara şəhərindəki 75 min yeri olan Levis Stadionunda oynanacaq 50-ci Super Bowlun bilet qiymətləri də rekord qırır. ABŞ-da ən çox istifadə edilən onlayn bilet satış saytlarından Stubhub-ın məlumatlarına görə, orta bilet qiymətləri 4 min 821 min dollarıdır, bu ABŞ tarixində bir idman oyunu üçün ödənən ən yüksək məbləğdir. Bu günə qədərki ən bahalı Super Bowl biletləri isə orta hesabla 3 min 649 dollarla 2011-ci ildə oynanan Packers-Steelers oyununda satılmışdı.
Amerikan Futbol Liqasının (NFL) bu sezonkı ən uğurlu müdafiə komandası Denver Broncos ilə ən uğurlu hücum komandası Karolina Panthersın qarşı-qarşıya gələcəyi 50-ci Super Bowl üçün bu ana qədər 5 mindən çox bilet satan Stubhub, ən ucuz bilet qiymətinin təxminən 3 min dollar olduğunu bildirib. Digər tərəfdən, mübarizə üçün bu ana qədər satılan ən bahalı bileti isə 20 min 500 dollarla Kaliforniyanın San Jose şəhərindən bir iştirakçı alıb. Analitiklər bu rəqəmin matç saatı yaxınlaşdıqca 25 minə qədər yüksələcəyini proqnozlaşdırır. Bununla yanaşı, matçı stadionda seyr etmək üçün Sanda Klara şəhərinə gələnlərin nəqliyyat və yerləşdirmə xərclərinin adambaşına orta hesabla 7 min 300 dollara çatacağı güman edilir.
30 SANİYƏLİK REKLAMA 5 MİLYON DOLLAR
Amerikan futbol liqasının final matçı olan Super Bowl qarşılaşmaları, NFL ilə razılaşmalı olan NBC, CBS və Fox teleşirkətləri tərəfindən yayımlanır. Builki mübarizəni canlı yayımlayacaq CBS kanalı, təxminən 4 saat davam edən oyun boyu göstərəcəyi 30 saniyəlik hər reklam üçün orta hesabla 5 milyon dollarla bu günə qədərki ən yüksək ödənişi tələb edir. Bu rəqəm, keçən ilki qarşılaşmanı yayımlamış NBC kanalında təxminən 4,5 milyon dollar səviyyəsində idi və kanal reklamdan təxminən 345 milyon dollar əldə etmişdi. Amerikanın ən məşhur müğənni və aktyorlarının iştirak etdiyi Super Bowl reklamları üçün NBC-dən yarım milyon daha çox xidmət haqqı tələb edən CBS-in reklam gəlirlərinin təxminən 385 milyon dollara çatacağı gözlənilir. Builki matçın fasiləsində Coldplay, Beyonce və Bruno Mars kimi adlar çıxış edəcək. Bundan başqa, amerikalı müğənni Lady Gaga-nın yarışın əvvəlində milli himni səsləndirmək üçün NFL ilə razılaşdığı öyrənilib.
BÖLGƏYƏ MALİYYƏTİ 8,6 MİLYARD DOLLARDIR
Məhsul satışları, reklam, bilet və digər gəlirlər ilə birlikdə 20 milyard dolların üstündə iş həcmi yaratması gözlənilən 50-ci Super Bowl-ın əlbəttə, bəzi xərcləri də var. Yarışa ev sahibliyi edəcək Santa Clara, Super Bowl üçün təxminən 3,6 milyard dollar xərclənəcəyini bildirib. Şəhərin xərclərinin NFL tərəfindən ödənəcəyi bildirilib. Digər tərəfdən, Sanda Claraya təxminən bir saat uzaqlıqdakı San-Fransisko, matçı yerində izləmək üçün bölgəyə axın edən amerikalılara həftə boyu davam edən tədbirlər təşkil edib. Bu tədbirlər zamanı təhlükəsizlik və nəqliyyat kimi xidmətlərin şəhər rəhbərliyinə təxminən 5 milyard dollara başa gələcəyi gözlənilir.marja/