“Ermənistan Azərbaycana qarşı xüsusi sifariş yerinə yetirir” - Gürcü politoloq

4-04-2016, 17:34           
“Ermənistan Azərbaycana qarşı xüsusi sifariş yerinə yetirir” - Gürcü politoloq
“Ermənistan Azərbaycana qarşı olan təxribatından əl çəkməyəcək, çünki Azərbaycanı irimiqyaslı müharibəyə cəlb etmək üçün sifariş alıb”.

Bunu virtualaz.org saytına tanınmış gürcü politoloqu Qela Vasadze deyib.

Onun sözlərinə görə, bu kampaniyanın məqsədi TANAP qaz layihəsinin reallaşdırılmasını dayandırmaq, Bakı-Qars dəmiryolunun tikintisini, Gürcüstanın Avropaya inteqrasiyasını əngəlləmək və bütün vasitələrlə Azərbaycanı Türkiyədən ayrı salmaqdır.

“Amma Azərbaycan və ordusu öz ölkəsini qorumaq üçün hansı gücə malik olduğunu göstərdi. Bu, Azərbaycanın boynuna qoyulmuş əsl hibrid müharibəsidir. Ümid edirəm ki, Azərbaycanın düşmənləri buna nail olmayacaqlar. Azərbaycanın zəifləməsi Gürcüstanın zəifləməsidir. Buna görə də biz birlikdə olmalıyıq”, - deyə politoloq vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru