Ukrayna xalq özünümüdafiəsi təşkilatı (UNA-UNSO): - “Biz Azərbaycanı dəstəkləyirik”

4-04-2016, 18:00           
Ukrayna xalq özünümüdafiəsi təşkilatı (UNA-UNSO): - “Biz Azərbaycanı dəstəkləyirik”
"Mən və mənim rəhbərlik etdiyim təşkilat həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz indi də Azərbaycanı öz torpaqları uğrunda ədalətli mübarizəsində dəstəkləyirik. Qarabağ münaqişəsi Moskva və onun xüsusi xidmət orqanları tərəfindən başladılıb”.

Virtualaz.org xəbər verir ki, bu barədə haqqin.az-a "Ukrayna xalq özünümüdafiəsi" Ümumukrayna ictimai təşkilatının (UNA-UNSO) rəhbəri Konstantin Vinnitski bildirib.

"Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa etməlidir. İndi zəiflik göstərmək olmaz. Əgər zəiflik göstərəcəksinizsə, sizin torpaqlarınıza qayıdışınız uzun illər ləngiyəcək. İrəli və yalnız irəli! Biz 1990-cı illərdə də sizinlə idik, indi də sizinlə olacağıq. Ukrayna və Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək", - deyə K.Vinnitski bildirib.
teref.az olaraq qeyd etmək istəyirik ki, UNA-UNSO-nun üzvləri 1 Qarabağ döyüşlərində müharibədə Azərbaycan tərəfindən layiqincə döyüşüb və bu döyüşlərdə şücaətlərini göstəriblər.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru