Kreml 3 ölkəyə qapı açır

8-04-2015, 11:06           
Kreml 3 ölkəyə qapı açır
"Rusiya Macarıstana, Yunanıstana və Kiprə qarşı sanksiyalarını ləğv edir. Bu məsələ müxtəlif ölkələrin təşəbbüsü ilə Rusiya Federasiyası hökumətində müzakirə olunub."

ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov bildirib.

O deyib: "Bizim hökumətimiz ayrı-ayrı ölkələrin Rusiya ilə münasibətlərini nəzərə alaraq real vəziyyəti hərtərəfli qiymətləndirir. Bəzi Avropa ölkələrinə qarşı tətbiq olunan sankiyanın aradan qaldırılması, eləcə də onların "qara siyahı"dan çıxarılması barədə təkliflər nəzərdən keçirilir."

Xatırladaq ki, ötən il avqustun 7-də Rusiya hakimiyyəti ABŞ, Avstraliya, Kanada, Norveç və Avropa İttifaqına cavab olaraq sanksiya paketi tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru