Tailand Kambocaya 18 hərbi əsir təhvil verəcək

Dünən, 12:24           
Tailand Kambocaya 18 hərbi əsir təhvil verəcəkTailand atəşkəs elan edildikdən sonra Sisaket əyalətinin sərhəd bölgəsində baş verən hərbi toqquşma nəticəsində təslim olan 18 hərbçini avqustun 1-də Kambocaya təhvil verəcək.

Moderator.az-ın xəbərinə görə, bu barədə "The Nation" qəzeti məlumat verir.

Məlumata görə, Kamboca əsgərləri avqustun 1-i səhər saatlarında evlərinə qayıdacaqlar. Qeyd olunur ki, hərbi əsirlərdən birinə qol sınığı diaqnozu qoyulub, digəri isə əsəb pozğunluğu keçirib. Nəşrin qeyd etdiyi kimi, Tailand ordusu kambocalılarla Cenevrə Konvensiyasının hərbi əsirlərlə rəftar üzrə normalarına uyğun davranıb.

Xatırladaq ki, iyulun 24-də səhər saatlarında Kamboca-Tailand sərhədində, Oddar-Miençey əyalətindəki mübahisəli sərhəd zonası yaxınlığında silahlı toqquşmalar baş verib.

İyulun 28-də Malayziyanın Baş naziri Ənvər İbrahim Asiya ölkələri arasında atəşkəs əldə olunduğunu elan edib. Atəşkəs iyulun 29-da saat 00:00-da (Bakı vaxtı ilə iyulun 28-də saat 21:00) qüvvəyə minib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru