İranın yarım rəsmi Mehr İnformasiya Agentliyi məşhur xanım politoloqu aldadıb
Dünən, 12:22
İranın yarım rəsmi Mehr İnformasiya Agentliyinin Zəngəzur dəhlizi mövzusunda konfrans təşkil etməsi haqqında məlumatlar paylaşılıb. Dünən facebook dostlarımın hesablarında paylaşılan məlumatlarda planlaşdırılan konfransda mənim də iştirakım və adımın spikerlər siyahısında olmasını öyrəndim. Bəyan edirəm ki, mənim adım konfransın spikerləri siyahısına məndən xəbərsiz , şərti olaraq əlavə edilib. Mehr İnformasiya Agentliyinə sadəcə Zəngəzur dəhlizi ilə bağlı fikirlərimi bölüşdüyüm video müsahibə vermişəm. Video müsahibənin eyni mövzuda keçiriləcək forumda səsləndiriləcəyindən mənim xəbərim olmayıb və bu mənimlə razılaşdırılmayıb. Etirazımı artıq agentliyə və müsahibə götürən jurnalistə yazılı bildirmiş və adımın spikerlər siyahısından çıxarılmasını tələb etmişəm. Bütün bunları nəzərə alaraq bundan sonra bu agentliklə müsahibə , şərh vermək kimi mövcud əməkdaşlığımı dayandırıram. Yeganə Haciyeva